Reklam

Ağır texnika Qarabağdan çıxarılır: Səhər yayılan görüntülər ... – Mühüm gəlişmə
04-08-2023 18:33

Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, bu gün səhər yayılan görüntülərdə də rus sülhməramlılarının müşayiəti ilə qanunsuz erməni silahlıları üçün hərbi yüklər daşınırdı:
“Ermənistan tərəfi Azərbaycan ərazisindən mövcud hərbi texnikasını çıxarmazdan əvvəl buradakı canlı qüvvəsini çıxarmalıdır. İndi elə bir hal yoxdur. Görünür, onlar bu cür məlumatları dövriyyəyə buraxmaqla başqa planlarını həyata keçirməyə çalışır. Hətta hava yolu ilə bəzi silah-sursatın Qarabağa gətirilməsi halları mövcuddur. Rus sülhməramlıları bunları öz ehtiyacları üçün daşıdığını desə də bu yüklərin separatçılara məxsus hərbi postlara göndərilməsi ilə bağlı görüntülər var”.

Üzeyir Cəfərov erməni tərəfinin hətta quru yolu ilə Qarabağa silah keçirməsi ilə bağlı ilginc faktların olduğunu söyləyib:
“Şuşa istiqamətində gizlin bir yol vasitəsi ilə erməni tərəfinin hərbi texnikanı Qarabağa keçirdiyi bildirilir. Xankəndi-Turşu arasında Şuşadan aşağıda gizli bir yol vasitəsi ilə bu cür qanunsuz daşımaların olduğu iddia edilir. Məlumatlar var ki, həmin yoldan erməni tərəfi nəsə aparıb-gətirə bilər. Zarıslı yaşayış məntəqəsi ətrafında bu cür gizlin fəaliyyətlərin olması ehtimalları da var”.
Dalidag.az



Yazı axını
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
21 / 08 / 2025
20 / 08 / 2025
19 / 08 / 2025
19 / 08 / 2025
18 / 08 / 2025
17 / 08 / 2025
17 / 08 / 2025
16 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
15 / 08 / 2025
14 / 08 / 2025
Ən çox oxunanlar
21-08-2025 16:30
