Reklam
Paşinyanın müharibə xəbərdarlığı: Döyüşlər qaçılmazdır, Bakı əməliyyata başlayacaq
24-07-2023 16:19
“Hazırkı durumla bağlı mənim əsas tezisim bundan ibarətdir: indi sülh Azərbaycandan çox Ermənistana lazımdır”.
Dalidag.az xəbər verir ki, bu sözləri globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Ermənistan Baş naziri Nikol Paşinyanın “sülh müqaviləsi imzalanmasa, Azərbaycanla müharibə ehtimalı realdır” açıqlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, təxribatları törədən və ya üçüncü qüvvələrin provokasiyasının qarşısını ala bilməyən məhz İrəvandır:
“Azərbaycan motivindən, arxasında kimin durmasından asılı olmayaraq bütün sabotaj cəhdlərinə adekvat cavab verərək öz geosiyasi və ədalətli maraqlarını təmin etmək iqtidarındadır.
Birincisi, nəzərə almaq lazımdır ki, biz qalib tərəfik. Vətən müharibəsindən keçən üç il müddət ərzində sülh təşəbbüsü ilə çıxış edirik. Bu, Azərbaycanın humanist mövqeyinin ən böyük təzahürüdür.
İkincisi isə sərhədlər hələ müəyyənləşməyib. Ermənistan hərbi- siyasi hakimiyyəti bütün imkanları ilə bu prosesi ləngitməyə çalışır. Bu isə o deməkdir ki, Azərbaycan təxribatlara cavab olaraq sərhədləri özü müəyyənləşdirə bilər.
Ermənistan Baş naziri Nikol Paşinyan lazımi siyasi iradəyə sahib olmadığını anlayır. O, bilir ki, daxildə və xaricdə vəziyyəti qarışdırmaqda maraqlı olan qüvvələr var. Hökumət başçısı zaman-zaman yeni gərginliklərin yaranacağını da başa düşür və anlayır ki, Azərbaycan ordusunun adekvat cavab tədbirləri nəticəsində döyüşlər başlaya bilər. Bu isə yeni müharibə deməkdir. Baş nazir “Pir mənimdir, kəramətinə bələdəm” prinsipi ilə bu açıqlamanı verib. Özünə, daxili və xarici qüvvələrə bələd olduğuna görə, deyib ki, belə gedirsə savaş qaçılmazdır.
Paşinyan, beləliklə, həm də özünü sülhpərvər göstərmək istəyib. Hərçənd o, sülh istiqamətində heç də bütün lazımi addımları atmır.
İkinci bir tərəfdən, Ermənistan hökumət başçısı çox zaman olduğu kimi, yenə də ikibaşlı danışmağa çalışıb. O, rəsmi Bakını aqressor link təqdim etmək istəyib.
Ümumiyyətlə, Paşinyanın bu açıqlaması daxili və xarici auditoriyada fərqli ictimai rəy yaradır. Çox güman, baş nazir həm də ictimaiyyəti sülh müqaviləsinə hazırlayır və xalqını bu prosesin zəruri olduğunu izah etməyə çalışır.
Bütün hallarda reallıq ondan ibarətdir ki, Ermənistanın təxribatları davam edərsə, doğrudan da, döyüşlər qaçılmazdır. Bu isə qarşı tərəf üçün yaxşı nəsə vəd etmir”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 24-07-2023 16:19
Baxış sayı: 3119
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23