"Qarabağ Azərbaycandır! Bununla razılaşın və hər şey yaxşı olacaq" - Erməni bloger

28-06-2023 10:30




"Qarabağ Azərbaycandır. Əgər Qarabağ erməniləri bunu başa düşsələr və razılaşsalar, o zaman Azərbaycanın erməni icmasının dünyanın ən qabaqcıl erməni icması olmaq üçün bütün şansları olacaq".
Dalidag.az xəbər verir ki, bu fikirləri erməni bloger və ictimai fəal İşxan Verdyan yazıb.
Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi həyatdan imtina etmək səhv olardı:
"Siz, əlbəttə nəsə etməyə çalışarsınız, amma niyə? Qarabağ Azərbaycandır və bunu dəyişmək olmaz. Dəyişdirilmirsə, deməli bunun faydalarını axtarmaq lazımdır və öyünməyin heç bir faydası olmayacaq.
İrəvanda dövlət çevrilişləri edə, Paşinyanı atıb, yenisini gətirə bilərsiniz. Amma bu, sizə nə verəcək? Sizcə, İrəvanda
pul Bakıdan fərqli olaraq daha çoxdur?
Qarabağ Azərbaycandır! Bununla razılaşın və hər şey yaxşı olacaq".bizim.media

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 28-06-2023 10:30
Baxış sayı: 3260
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını