Reklam
Ermənistan əraziləri qaytarmalı idi” – Paşinyan
27-06-2023 14:27

“2019-cu il dekabrın əvvəlində Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurası keçirilmişdi, Azərbaycan burada Qarabağ probleminin həllinə Azərbaycanın yanaşmalarına dair sənədi dövriyyəyə buraxdı. Azərbaycan hesab edirdi ki, əvvəlcə Qarabağ münaqişəsinin ən ağır nəticələri aradan qaldırılmalı, sonra qalan məsələlər həll olunmalıdır”.
Daludag.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran İstintaq Komissiyasının iclasında bildirib.
“Bu o demək idi ki, Ermənistan əraziləri qaytarmalı, qaçqınlar öz evlərinə qayıtmalı, ondan sonra qalan məsələlər müzakirə olunmalıdır”, - baş nazir bildirib.
Paşinyan o zaman müzakirə olunan Madrid Prinsiplərinin üç prinsipindən birinin ərazi bütövlüyü ilə bağlı olduğunu xatırladıb.
“Madrid Prinsiplərinin üç prinsipi ərazi bütövlüyü, güc tətbiq etməmək və ya güclə hədələməmək və xalqların öz müqəddəratını təyin etməklə bağlıydı. Buna görə, Dağlıq Qarabağın statusu gələcəkdə keçiriləcək referendumla müəyyən ediləcək və bu referendum hüquqi qüvvəyə malik olacaq, Dağlıq Qarabağ aralıq dövrdə özünüidarə üçün müvəqqəti status alacaq, ərazilər və qaçqınlar geri qaytarılacaq. Hər şey normal görünür, amma burada vacib olan hansının növbəti olmasıdır”.
Onun sözlərinə görə, bütün bunların hamısı ssenariydi, reallıqdan uzaqdı.“Bütün problem budur. 2019-cu ildən etibarən mən bu komponentlərin bizim anlayışımıza 180 dərəcə tərs olduğunu gördüm”, - Paşinyan əlavə edib.
Daludag.az
Kateqoriya: Qarabağ
Tarix: 27-06-2023 14:27
Baxış sayı: 3229Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar



























