Ermənistan baş naziri Nikol Paşinyan keçən ilin sonlarına qədər bildirirdi ki, dekabra qədər sülh müqaviləsi imzalanacaq. İndi bu məsələ yenidən aktullaşıb.
Dalidag.az bildirir ki, bu barədə trend-ə açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.
O qeyd edib ki, N. Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.
"Paşinyanın bunu dəfələrlə ifadə etməyə çalışsa da vətəndaş cəmiyyətindən və erməni lobbisindən olan təzyiqlər onu məcbur edirdi ki, müəyyən məsələlərdə manevr etsin. Biz görürük ki, o ardıcıl olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaq üçün cəhdlər göstərir. Paşinyan keçən ilin sonlarına qədər bildiridi ki, dekabra qədər sülh müqaviləsi imzalanacaq. İndi bu məsələ yenidən aktullaşıb. Belə görünür ki, Ermənistanın baş naziri sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Bir çox qərb dövlətləri Azərbaycanın ərazi bötüvlüyünü tanıyırlar, lakin eyni zamanda şərt qoyurlar, oradaki erməni əhalinin təhlükəszilyiinin qorulması üçün hər hansı bir status məsələsi irəli çəkilir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Lakin Paşinyan son məqamda belə təklif vəya tələb irəli sürə bilər. O düşünür ki, ermənilərin təhlükəsizliyindən siyasi manevr üçün istifadə edə bilər. Bəzən isə düşünür ki, cəmiyyət daxilində gərginlik artarsa, Azərbaycanın ərazi bütövlüyünü tanımaq ciddi problemə çevirlərsə Paşinyan sülh danışıqlarında yayınmaq üçün bu addıma əl atacaq", - deyə T. Rzayev bildirib.
Kommunikasiyaların açılmasından bəhs edən ekspert N.Paşinyanın real addımlar atmağa hazır olmadığını qeyd edib.
" Kommunikasiyaların açılması məsələ ilə bağlı Paşinyanın ritorikasından Zəngəzur dəhlizi ilə bağlı birbaşa addım atmağa hazır olmadığını görünür. Kommunikasiya və nəqliyyatın açılması deyəndə ümumi bütün yolalrın bərpası və sərhədlərin demarkasiya və delimitasiya edilməsi nəzərdə tutulur. Bu mövzuda maraqlarımız üst - üstə düşür. Amma eyni zamanda Azərbaycan Zəngəzur dəhlizinin açılmasında da maraqlıdır. Bizi sadəcə bütün komunikasiyaların açılaması qane etmir", - deyə o əlavə edib.
Ermənistan dalana dirəndi - Paşinyanın qaçacaq yeri qalmadı
26-05-2023 12:16

Kateqoriya: Qarabağ
Tarix: 26-05-2023 12:16
Baxış sayı: 3256Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















