Reklam
Hərbçimizin düşmən atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açılıb - Firad Əliyev
11-05-2023 11:13
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mahmudlu Müslüm Vidadi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin Dalidag.az-a verdiyi məlumata görə, daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 11-05-2023 11:13
Baxış sayı: 4317Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























