Reklam
"Ermənistanın daşı ətəyindən töküb hər iki tərəf üçün məqbul olacaq bir razılığa gəlməsi vacibdir"
02-05-2023 10:58
Azər HəsrətSiyasi şərhçi Azər Həsrət: ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin geniş görüşünün keçirilməsi iki ölkə arasında nəhayət ki, sülhün əldə ediləcəyinə ümidləri ciddiləşdirir.
Lakin unutmayaq ki, Moskoviya – Rusiya hələ də pusquda və sahədədir. O baxımdan Ermənistanın daşı ətəyindən töküb hər iki tərəf üçün məqbul olacaq bir razılığa gəlməsi vacibdir. Bu razılığın əsas elementi isə dövlətlərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasıdır. Azərbaycan buna hazır olduğunu durmadan bəyan edir. Amma Ermənistan əmələ gələndə bir bəhanə ilə aradan çıxır. Ermənistanın məhz Azərbaycanın təklif etdiyi ədalətli, hər iki tərəf üçün də məqbul şərtləri ilə razılaşması bu kiçik Qafqaz ölkəsinin sürətli inkişafına yol aça bilər. Yəni Ermənistan Azərbaycanla anlaşdıqdan sonra Türkiyə ilə sərhədləri açılacaq, eyni zamanda Azərbaycanla normal qonşuluq münasibətləri sürətlənəcək. Bu isə Ermənistana iri həcmli yatırımların axması demək olacaq. Həm də ermənilərin nəhayət ki, azadlığa qovuşub özəlliklə də Türkiyədə işləmək imkanları yaranacaq. Təbii ki, bir ovuc erməni üçün Türkiyə kimi böyük iş yeri və bazar xilas kəməri olacaq. Bununla da Ermənistan qısa müddətdə öz sosial problemlərini həll edəcək. Azərbaycana gəlincə, bu ölkə də artıq əlavə bir baş ağrısından xilas olub daha vacib məsələlərin həlli ilə məşğul olacaq. O cümlədən də dünyaya səpələnmiş milyonlarla soydaşımı, özəlliklə də Güney Azərbaycanda fars-molla rejiminin zülmü altında inləyən soydaşlarımıza yardım imkanları genişlənəcək. Bu baxımdan ABŞ bölgədəki tərəfdaşımız İsraillə birgə prosesləri sürətləndirmək üçün Ermənistanı haqq yola gətirməlidir...
Kateqoriya: Qarabağ
Tarix: 02-05-2023 10:58
Baxış sayı: 3215Yazı axını
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
Ən çox oxunanlar





























