Reklam
Getmişdim, yenə gəldim...- İsmayıl İmanzadə yazır
16-04-2023 12:15
İsmayıl İmanzadə MƏRCANLI
Otuz il qabaq uşaqlıq, yeniyetməlik və gənclik illərimin şahidi olan müdrik-mərd kişilərin, namuslu-ismətli qadınların-qızların, dəliqanlı cavanların oylağı olan Cəbrayılı-ata ocağım Mərcanlını ağlar göslə tərk edənlərdən biri də mən idim.
O müdhiş günlərdə ölüm xəbərim Bakıya da gedib çatmış və məni tanıynların çoxunu məyus etmişdi. Kimisi deyirmiş ki ermənilər İsmayılı Böyük Mərcanlı dəmir yol stansiyasındakı vaqonların qarşısında güllələyib, bəziləri də Arazın sulsrında boğulduğumu təəssüf hissiylə dilə gətirirmiş. Sonradan bildim ki hətta yaxın dostlsrdan biri xəbərin doğruluğunu dəqiqləşdirəndə, “vida sözü” rubrikası ilə “Ömür muncuq düzümüdür” başlıqlı bir yazını qəzetlərin birində dərc etdirmək istəyinə düşübmüş...
Həmin günlərdə dünya varından heç nəyə gümanım qalmamışdı, Bakıya üz tutub, kimlərinsə minnətini götürməyi həzm edə bilmədiyimdən, bir təsadüf nəticəsində Mingəçevirə yollandım. Heç bir tanışımın-simsarımın olmadığı bu yad şəhərdə məskunlaşdığım o ağrılı-acılı günlərimin birində qələmə aldığım “Bir şair yaşayır Mingəçevirdə” adlı şeirimlə harada olduğumu bəyan elədim:
...Kürü Araz bilir, Bozdağı Diri,
Qalıb Cəbrayılda qibləsi, piri.
Sızlaya-sızlaya nə vaxtan bəri,
Bir şair yaşayır Mingəçevirdə!
Bəxtimin-taleyimin amansız zərbələrinə sinə gərib, birtəhər ayaqüstə qalmağa çalışdığım o nisgilli günlərimdə yazdığım bu şeir yurd həsrətimlə yoğrulmuşdu.
Cəbrayıl mənim ömrümün dan yeri, dünyaya boylanıb-baxdığım pəncərəm, dostların-doğmaların üzünə taybatay açıq olan qapım, havam-suyum, həyət-bacam idi...
İllər ötüb keçdikcə, o məndən addım-addım uzaqlaşsa da, gündüzlər xəyallarımda, gecələr isə gördüyüm yuxularımda elə əvvəlki kimi qalmaqda idi. Ancaq nə vaxtsa onun vüsalına qovuşacağımı uzun illər boyu diqtə edən ümid işığım öləzidikcə, zülmətin kölgəsi üstümə addım-addım yaxınlaşırdı...
Üç bəndlik bir şeirimin sonunda dediyim kimi:
Ölüm nə qorxudur, nə də ki hədə,
Bir göz qırpımında keçdi vaxt-vədə.
İşlər bekı getsə... deyəsən, dədə,
Ölüb qalacağam Mingəçevirdə!...
...Allaha şükürlər olsun ki bu dəfə zənnimdə yanıldım! 27 sentyabr 2020-ci ildə II Qarabağ Müharibəsini başlayan gün Milli Ordumuz ata elim Böyük Mərcanlını, Nüzgar kəndini, Füzulinin bir neçə yaşayış məntəqəsini düşmən caynağından xilas etdilər. Və sonda 44 günlük müharibə xalqımıza Zəfər sevinci bəxş elədi! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimiz var olsunlar!..
Lənətə gəlmiş karonavirus 2022-ci ilin oktyabr ayının 3-də Cəbrayıla getmək arzumun üstündən xətt çəksə də, doğma el-obalarımızla görüşmək həvəsimi qəlbimdən silə bilmədi...
Bir həftə qabaq Bakıda məskunlaşan görkəmli şair dostum, “Kredo” qəzetinin Baş redaktoru Əlirza Xələfli və uzun illərdən bəri Gəncədə yaşayan şair təbli ədəbiyyat sevdalısı Qüdrət Məmmədovla zəngləşəndən sonra Cəbrayıla getmək arzumuzu reallaşdıra bildik. (Yeri gəlmişkən, bu məsələ ilə bağlı bizi dəstəkləyən Cəbrayıl rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional İdarəsinin rəbərliyinə təşəkkürümüzü bildirirəm)
Əvvəlcədən şərtləşdiyimiz kimi səhərə yaxın Gəncədən gələn Qüdrət müəllimin şəxsi minik maşını ilə yola düşdük. Horadizə çatanda Əlirza
müəllim öğlu Arazla bizi gözlədiklərinin şahidi olduq. Hal-əhval tutandan sonra əvvəlcə Füzuli postunda dayanan polislər sənədlərimizi yoxlayaraq bizə uğur dilədilər. Cəbrayıl postunda dayanan polislərimiz də bizi gülər üzlə qarşılayıb, könül xoşluğu ilə yola saldılar. Adlarını açqlamaq istəmədiyim Şərqi Zəngəzur Regional İdarsinin məsul işçisi və ANAMA-nın bir əməkdaşı bizdən qabaqda gedirdilər. Əvvəlcə Böyük Mərcanlı kəndinə yollanıb, təzəcə bərpa olunan dəmiryolun qırağındakı torpaq yolla gedib, Maralyan kəndinin üst tərəfindən köhnə asfalt yolla çıxdıq. Yeri gəlmişkən deyim ki nə Böyük Mərcanlıda, nə Maralyanda, nə də Karxulu, Cəfərabad, Mahmudlu, Şükürbəyli, Şıxalıağalı, Məzrə, Sarıcallaı, Əmirvarlı, Soltanlı... kəndlərinin əvvəlki halından əsar-əlamət qalmamışdı. Böyük Mərcanlının hər tərəfi eşlm-eşim idi, yalnız adda-budda uçuq divarlar və bir də keçilməz cəngəllikərə bənzəyən kol-kos, səngər yerləri gözə çarpırdı.
Əvvəlcədən şərtləşdiyimiz kimi hər üçümüz gördüklərimizi soyuqqanlıqla seyr eləyir, bəziləri kimi torpağın üstünə sərilib hönkür-hönkür ağlayaraq foto-şəkillər çəkdirmirdik. Heç demə dərd daşlaşıb qarıyanda, onun qırışığını gözyağlarıyala açmaq mümkün deyilmiş! Onsuz da illər boyu için-için sızlamağımız kifayət imiş...
Şahvəlli kəndində Qüdrət müəllim evinin düz qarşısına qədər gedərək xeyli müddət dinməz-söyləməz dayandı. Cəbrayıl şəhərinin üst girişindəki
“Vəlixanov bulağı”ından su içəndən sonra Dağ Xələfliyə yollandıq. Gordubaba və Xələf dağlarının qolları arasına sığınan bu yamyaşıl örtüklü kənddə də heç nə əvvəlki kimi deyildi. Əlirza müəllim yoxuşla yuxarı qalxaraq öz evi ilə xeyli müddət “söhbətləşdi”. Biz o qədər də dərin olmayan dərənin dibində dayansaq da, Arza onu tək buraxmamışdı...
Axşamüstü Xələflinin aşağı səmtində ağacların əhatəsində olan bulağın kənarındakı iri stolun üstə süfrə açıb nahar etdik. Qüdrət müəllimin və Əlirza Xələflinin evlərində hazırlanmış şeçidli yeməklər süfrənin bəzəyi idi. Araz maşının yük yerindəki samavarı su ilə doldurub kömürlə qaynadıqdı. Doğrudan da Araz görüb-götürmüş ən səriştəli tərəkəmə elinin canlara dəyən balası imiş!..
Bizim təhlükəsizliyimiz naminə fədəkarlıq edən hər iki cavan eloğlumuza bir daha təşəkkürümüzü bildirib, geriyə qayıtdıq. Səhərin erkən saatlarında Horadizdə görüşdüyümüz kimi, elə Horadizdə də halallaşıb Əliza müəllimgil Bakıya, Qüdrələ mən isə Gəncə tərəfə gedən yola üz tutduq.
Yuxarıda dediyim kimi, kəndlərimizin xarabalıqlarına, yaş yüzilliklərdən soraq verən çinar, palıq, qoz, daş armud, vələs... ağaclarının, meşələrin yoxluğuna ürəyimizdə acısaq da, təzəcə qaysaqlamaqda olan yaralarımızın gözünü qoparmamaq naminə qəlbimizdə vulkan kimi püskürən duyğularımızı dilə gətirmədik. Böyük Mərcanlının içərisindən keçəndə qəlbimin dərinliklərində yenicə doğulan bir neçə misranı dilimin ucunda boğub, saxladım. Və yalnız özümün eşidəcəyim tərzdə özüm-özümə pıçıldadım:
Bir vaxtlar gözüyaşlı
Getmişdim, yenə gəldim.
Tapdayıb nisgilimi
Özümdən sənə gəldim.
Varol səni, Cəbrayıl,
Üzünü görən kimi
İmana, dinə gəldim!
Qoy, kimsə məni qınamasın, axı, biz buraya ağlayıb-sıtqamağa yox, qəddini gündən-günə dikəltməkdə olan yurd yerlərimizlə otuz illik ayrılıqdan sonra görüşməyə gəlmişdik! Və yəqin ki yaxın illərdə düşmənlərin qanlı əlləriylə tifağı dağıdılan obalarımızın sonrakı xöşbəxt günlərini təzədən görmək ümidi ilə bir də,- özü də bu dəfə həmişəlik-doğma el-obalarımıza qayıdacağıq!..
14.04.2023

Kateqoriya: Qarabağ
Tarix: 16-04-2023 12:15
Baxış sayı: 3223
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23