Zəngəzurda yenə atəş səsləri: ölən var – Nə baş verir?
13-04-2023 10:43

Ötən gün gecə saatlarında Zəngəzur vilayətinin Qafan rayonunda mis-molibden mədənində çalışan bir mühafizəçi güllənib.
Dalidag.az xəbər verir ki, bundan sonra ərazidə yaşayan insanlar arasında təşviş artıb. Sakinlər Azərbaycan-Ermənistan sərhədində yaşanan son olaylardan sonra bu qətlin diversiya ola biləcəyi haqda fikirlər səsləndiriblər.
Onlar son vaxtlar əvvəlcə Qarakilsədə, sonra isə Zəngəzurun Bnunis kəndidə “azərbaycanlı hərbçilərin peyda olması” xəbərinə istinad edərək, bunun guya həmin əsgərlər tərəfindən törədilə biləcəyinə eyham vurublar.
Hadisənin ilk saatlarından rəsmi qurumlardan məlumat almaq mümkün olmayıb. Bu isə əhali arasında təşvişi daha da artırıb.
Daha sonra açıqlama verən Qacaran şəhər rəsmiləri hadisəni təsdiq ediblər. Bildirilib ki, olay zamanı 55-60 yaşlarında mühafizəçi tüfənglə vurulub. Cinayətkar onun telefonunu da oğurlayıb.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Diqqətçəkən məqam ermənilərin artıq ölkədaxili mülki konfliktlərdə də Azərbaycanı ittiham etməyə başlamasıdır. Bu isə xüsusən Zəngəzurda erməni əhalinin hansı psixoloji vəziyyətdə olduğunu müəyyən etməyə əsas verir.globalinfo.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 13-04-2023 10:43
Baxış sayı: 4210Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















