Reklam
Bakı Xankəndi ilə bağlı son tələbini irəli sürdü - Detallar
07-03-2023 11:44
Azərbaycan Qarabağdakı separatçıların qarşısında son şərtini irəli sürüb: ya inteqrasiya siyasətini qəbul edəcəklər, ya da daha sərt və kəskin addımlarla üzləşəcəklər;Bunu separatçıların “başçısı” Araik Arutyunyan qondarma “təhlükəsizlik şurasının” iclasında çıxışı zamanı etiraf edib. Bildirib ki, Bakı bu tələbi martın 1-də Xocalıda keçirilən görüşdən sonra irəli sürüb.
Buradan bəlli olur ki, rəsmi Bakı Qarabağ iqtisadi rayonunda Azərbaycan qanunlarına uyğun idarəçiliyin bərpası istiqamətində fəaliyyətini davam etdirir.
Lakin Araik Bakının tələbini qəbul etmədiklərini, qəbul etməyəcəklərini, “müstəqillik” iddialarından əlk çəkməyəcəklərini bəyan edib.
Beləliklə, proseslərin bundan sonrakı inkişafına dair təxminlər ortaya çıxır:
- Laçın yolunda aksiya davam edəcək;
- Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması istiqamətində praktiki addımlar atılacaq;
- Qanunsuz erməni silahlı dəstələrin Qarabağdan çıxarılması və bölgənin silahsızlaşdırılması həyata keçiriləcək;
- Ermənilərin qaz, işıq kimi kommunal təchizatlarında problemlər davam edəcək;
Separatçıların buna nə qədər dözə biləcəyi də sual altındadır. Çünki Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağdakı erməni əhalisi arasında Azərbaycana inteqrasiya tərəfdarları artıb. Araik Arutyunyan çıxışında da etiraf edir ki, inteqrasiya istəyənlər var. Gözləniləndir ki, problemlərin daha da kəskinləşməsi erməni əhalisinin separatçılarına əleyhinə çıxmasını sürətləndirəcək.
Asif Nərimanlı
Kateqoriya: Qarabağ
Tarix: 07-03-2023 11:44
Baxış sayı: 4305Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar



























