Ruben Vardanyanın Xankəndidə çin olmayan arzuları...
24-02-2023 14:33
"Mən burada işləyəcəm, burada qalacam. Hər şeyə görə cənab "Prezident"ə təşəkkür edirəm. Baxmayaraq ki, həqiqətən də müxtəlif yanaşmalarda ziddiyyətlərimiz var, lakin ümumi fikir ondan ibarətdir ki, keçmədiyimiz “qırmızı xətlər” var." Dalidag.az erməni mediasına istinadən bildirir ki, bunu qondarma rejimin "vəzifədən" qovulan "dövlət naziri" Ruben Vardanyan "hökumət"in iclasında deyib.
Vardanyan həmçinin qeyd edib ki, “İlk növbədə, cənab "prezidentə" mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Mənim üçün bu, böyük təcrübə oldu. Mən onilliklərdir ki, "Artsaxa" gəlirəm, mənim böyük əlaqələrim var idi, lakin sentyabrın əvvəlində uçurumun kənarında dayandığımızı hiss etdiyim üçün buraya gəldiyimi elan etdim. Özümü "vətənimizi" xilas etmək üçün nə lazımdırsa edən hərbçi kimi qəbul edirəm. Bu dəvəti alanda mənim üçün gözlənilməz oldu, çünki özümə söz vermişdim ki, dövlət işinə getməyəcəm, amma başa düşdüm ki, sözümün sahibiyəmsə, "vətənimi" müdafiə etməyə gedirəm, “istəyirəm istəmirəm, bacarıram, edə bilmirəm" sözü ola bilməz."
"Vəzifədən" nəyə görə qovulduğuna da Vardanyan "aydınlıq" gətirib: "Mən niyə istefa vermədim? Çünki, əsgər olduğumu düşünürdüm - təqaüdə çıxa bilmirəm. Lazım gələrsə, "Ali Baş Komandan" məni işdən azad etməlidir",- deyə bildirən keçmiş "dövlət naziri", "kənardan təzyiq həqiqətən çox böyük idi. "Artsaxda" qalmağım üçün təzyiq var, amma qeyd edim ki, nəinki getməyəcəyəm, həm də özümü Artsaxdan kənarda təsəvvür edə bilmirəm", sayaqlamasını da unutmayıb.
Sonda "bizi diz çökdürmək, sındırmaq ümidində olan Azərbaycan yanıldı, gördü ki, biz daha birləşmişik, hətta, biganəlik təzahürləri də aradan qalxıb", deyə Vardanyan özünə təsəlli də verib.
Nigar Nəriman
Kateqoriya: Qarabağ
Tarix: 24-02-2023 14:33
Baxış sayı: 3299Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















