Şair, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi Firuzə Məmmədlinin yeni kitabı işıq üzü görüb. Dalidag.az xəbər verir ki, kitab "Nə yaxşı yaxamda söz medalım var" adlanır. Qeyd edək ki, Firuzə Məmmədli ədəbi fəaliyyətə 1963-cü ildən başlayıb. Gənc yaşlarından müxtəlif mövzuda qələmə aldığı şeirlər oxucular tərəfindən sevilir. 35 (bədii, elmi, publisistik, tərcümə) kitab, 100-dən artıq elmi, tənqidi və publisist məqalənin və "Bədii

Bu gün saz-söz sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Dədə Şəmşirin doğum günüdü. Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşir 1907-1908-ci illərdən şeir yazmağa, saz çalmağa başlayıb. İlk olaraq sənətin sirlərini atası şair Qurbandan öyrənən Şəmşir sonralar atasının müasiri və dostu olan aşıq Ələsgər yaradıcılığından bəhrələnir. Saz-söz məclislərində boya-başa

Bu gün Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, radioda “Qərib axşamlar”, “Xeyrə qənşər”, "Söz naxışı" adlı verilişlərin müəllifi və aparıcısı yazıçı, jurnalist Günel Natiqin doğum günüdür. Dalidag.az bu münasibətlə gözəl hekayələri, maraqlı yazıları və bənzərsiz səsi ilə könülləri oxşayan dəyərli Günel xanımı təbrik edir, ona hüzur içində, sevgi dolu sağlam ömür və yeni yaradıcılıq uğurları arzulayır. Günel Natiqin bir hekayəsini oxucuların ixtiyrına veririk: MƏHƏLLƏ (hekayə) M

Şair Məhəbbət Kəlbəcərlinin yeni şeirlər kitabı işıq üzü görüb. Dalidag.az bildirir ki, bu barədə şair özü məlumat verib: "Əziz dostlar, dəyərli oxucular, bu gün görüşünüzə 7-ci kitabım olan "Zaman külək, mən yarpaq" kitabımla gəlmişəm, görək söhbətimiz necə keçir, sizlərə uğurlar arzulayıram!" Dalidag.az ailəsi olaraq şairi təbrik edir, yeni yaradıcılıq uğurları diləyir və bir neçə şeirini oxucuların ixtiyarına veririk. OYY Gəncliyimi koruxmağa qoymuyun, Eşitmirsiz?--dağım, düzüm, dərəm oyy !

"...Haqlıyıq, haqqın səsin, dünya duymaq istəmir! Ədalət axtarışında, Haqqa uymak istəmir!.." Dalidag.az Hüseyn Mirzənin şeirini təqdim edir Bizə birlik gərəkdir! Yüz illərdi rayrıyıq, O taylı, butaylıyıq, Bölünmüşük elbəel, Bölünmüşük ilbəil! “Haralısan” sualı Salamdan qabaq gəlir! El kəndə, kənd komaya Sanki sığacaq gəlir. Bü təfəkkür, düşüncə Sıxacaq bizi küncə! Vaxtında silkələnib, Tez ayılmaq gərəkdir, Toplum, camaat deyil, Millət olmaq gərəkdir! Yurdbizim, Vətən bizim, Həm bütöv, həm tən

Namiq Dəlidağlı …Ötən ilin bir payız günü idi. Sumqayıtda küçədə rastlaşdıq. Namiq Dəlidağlı mənə bir “əllilik” verdi ki, “xırdalayım”. Hətta məni çay süfrəsinə dəvət elədi, amma tələsdiyim üçün üzrxahlıq edərək, “əlliliyi” də cibimə qoyub getdim. İndi yadıma düşür ki, axı, o “əllilik” elə də qaldı. Fikirləşməyin ki, xəzinədar-filanam. Mən hara, pul xırdalamaq hara? Olsa-olsa, söz xırdalayaram. Elə söhbət də şair dostum Namiqin 50 yaşı üçün çap etdirdiyi əl boyda “Əllidə ələnənlər” kitabından

Lilpar Cəmşidqızı 1965-ci ildə Bərdə rayonunda anadan olub. Orta təhsilini Bərdə rayonunda alıb. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Kimya-Texnologiya” fakültəsinə qəbul olub, 1992-ci ildə institutu müvəffəqiyyətlə bitirib. Hal-hazırda Sumqayıt şəhərində yaşayır, iki övladı var. L.Cəmşidqızı öz sənəti üzrə işləmir, yaradıcılıqla məşğul olur. Çoxlu sayda şeir, qəzəl və rübailər müəllifidir. Onun indiyədək oxuculara “Tənhalıq içində əllər üşüyür” şeirlər kitabı, Rübailər kitabı və

Atalar yaxşı deyib, sözün də qanadı var. Ətrafımızda qanadlanan sözlərin öz sirri və sirdaşı var. Sözə hər an sirdaş olan və sirrini sözlərlə paylaşan Azərbaycanın, eləcə də Türk dünyasının dəyərli şairi və el ağsaqqalı Məmməd Aslan ömrünü söz yolunda bir əbədi heykəl etmişdir. Məmməd Muxtar oğlu Aslanov 1939- cu ildə Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdur. Erkən yaşlarında atasını itirən şairin həyatı keşməkeşli olmuşdur. Ruhunu bürümüş doğma Kəlbəcər elinin saf havasını sözlərində

"...Apar məni, ilahi Sığınım göy üzünə. Kəhkəşanda bir az da Yaxın olum mən sənə..." Dalidag.az Fərid Muradzadənin yeni şeirini təqdim edir: APAR MƏNİ, İLAHİ Apar məni, ilahi, Apar məni buradan. Sən ey hər şeyi görən, Sən ey gözəgörünməz Yoxluqdan var yaradan. Bu dünyada zülm çox, Bu dünyada zalım çox, Mənim daha burada Dayanacaq halım yox. Apar məni, ilahi Sığınım göy üzünə. Kəhkəşanda bir az da Yaxın olum mən sənə. Istəmədən gəlmişəm Yalan-dolan dünyaya. Qaytar məni geriyə, Ruhum olan

Süleyman Abdulla yaradıcılığı hələ də öz tədqiqini tapmayan, dəyəri verilməyən, təmənnalı tənqidçilərin gözlərindən "yayınan" zəngin poetik dünyadır. Bu dünyanın sirli, sehirli sözündən, mənəvi gözəlliyindən bəhrələnmək çoxlarına sərf eləmir. Çünki bu "ayinədə əyri görürlər özlərini". Tanrı sənə rəhmət eləsin , böyük Mirzə Ələkbər Sabir. Bu günümüzün ədalətini ölçən "Femidaların" öz arşını, öz tərəzisi var. Necə və nəyi çəkirlər? Bunu heç Tanrı da bilmir. Bilirsə də səsi gəlib bizə çatmır.
Yazı axını