Şahnaz Şahin Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şahnaz Şahin yaradıcılığından: ŞƏKİL ÇƏKİRƏM Mən də bir cürə şairəm. “Ah”la şəkil çəkirəm. İnanmırsan gəl otur Yoxla, şəkil çəkirəm.. Qoy qırağa kətanı, Gey ruhuna butanı. Ağrıyanda sağ yanım, “Sol”la şəkil çəkirəm. Bir az rəng qoy saçına, Həmrəng olsun acına. Bir söz qoy bəxt ucuna Yolla, şəkil çəkirəm… Hər yazılan söz deyil, Hər görənə göz deyəm!.. Min üzü var dözməyin Allah, şəkil çəkirəm… Çıx

Rəsul Murovdağlı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Rəsul Murovdağlı yaradıcılığından: ŞÜBHƏN OLMASIN Sirri dosta versən, dostdan incimə, Sonu çox açıqdır, şübhən olmasın. İlləri ha topla ömrün üstünə, Yenə çıxhaçıxdır, şübhən olmasın. Əgər həsrətinin odu dərinsə,- eşqdir misra-misra sözü yeritsə... Şeir ürəyinin yağın əritsə, Üzə çıxacaqdır..., şübhən olmasın. Könül arzuları yesir köz daşı, Yazım vərəqlərə közdən söz daşı... . Göylərdə buludlar

Aybəniz Əliyar Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının bu dəfəki şeir ərmağanı Aybəniz Əliyar yaradıcılığından: *** Sevməyə yaşımız çatdımı görən? Ürək harda durdu, harada dindi? Mən uşaq dalıyca, sən ev dalıyca, Kimin qayğısına qalırıq indi? Kimin ocağına odunuq görən? Kimin çatısına yamağıq axı? Tanrıdan tək bir şey istəyirəm mən, Özümü itirib səni tapmağı... Sevməyə yaşımız çatdımı görən? Bu yaş necə yaşdır, de, hardan bilək? Bəlkə yaş dalıyca, quru dalıyca Boş-boş

Namiq Dəlidağlı Bu gündən etibarən Dalidag.az saytı Sevinc Qəribin təqdimatında yeni - "Bir ruh əsintisi..." rubrikası ilə oxucuların könlünü oxşamağa çalışacaq. Rubrikamızın ilk şeir sovqatı Namiq Dəlidağlı yaradıcılığından: Səni qınamıram, səni, ürəyim, dəmir deyilsən ki, daş deyilsən ki?!... Ağrıyla, acıyla silələnmisən, necə dözməliydin, boş deyilsən ki?!... Üstündən bir qoşun dərd ötürmüşəm: vaxtsız ata dərdi, torpaq itkisi. Dizini qırmağa bəs elədi, bəs- adını çəkdiyim dərdin iksi...

Elşən Əzim "Şeirlərimə qarşı çox laqeydəm. 2014-cü ildən sonra nə şeir dəftərim, nə də komputerdə şeirlərimin cəm olduğu "papkam" var. Son iki-üç ildə mətbuata da göndərmirəm. Şeiri birbaşa fb səhifəmə yazıram, qalırsa, burda qalır, itirsə, burda itir. Bəs niyə belədir? Elə məndə şeirə laqeydliyi də sosial şəbəkələr yaratdı" Dalidag.az xəbər verir ki, bu fikirləri istedadlı şair Elşən Əzim öz facebook səhifəsində qeyd edib: "Burda şair olanlar şeiri çox ucuzlaşdırdı, tiktok isə lap birqəpiklik

Dərdin içindən doğulan könül çırpıntıları - N.Dəlidağlının yaradıcılığı haqqında düşüncələr Hüseyn Şahbəndəyev, Əməkdar müəllim Uşaqlığı, gəncliyi müharibə dövrünə düşən, həmin qaynar odun içərisində boya-başa çatan uşaqlar çox tez böyüyürlər. Onların ömrü neçə on illər artıq yaşamış, həyat təcrübəsinə yiyələnmiş insanın ömrünə bərabər olur. Daha tez yetkinləşir, müdrikləşir, bərkiyir, başqa cür desək, kişiləşirlər. Haqqında bəhs etmək istədiyim Namiq Dəlidağlı da həmin od-alovun içərisindən

Şair ömrü Namiq Dəlidağlı Şair ömrü dalğalı dənizə bənzəyir. Duyğularını dərin yaşayır, acısını qəlbində daşıyır, aşıb daşdıqca sözləri misralara tökülür. Şair yaşadığını yazır, kəlmə - kəlmə tikir şeir sarayını. Şairin söz dünyası ümman kimi sirr doludur, qələmi əlinə alan kimi düzülür şeirlər, açır sirrini, kainata pıçıldayır qəlbində daşıdığı ağrısını, acısını. Dərya kimi dərindir şair dünyası, dalğalanır misra- misra, şeir- şeir. Dəniz coşur, dalğalar sahilə vurur, şairin də ilhamı dəli

Rövşən Hüseynli H ərənin öz dünyası olsa da… Rövşən Hüseynli təsdiqləyir ki, söz adamının özgə bir aləmi olur Bədii fikir daşıyıcılarının bir özgə cür dünyaları olur. Onu sözlə ifadə etmək sizə o qədər də asan gəlməsin. Orada gündəlik sosial qayğılar dedi-qodular eşidilmir. Bir vaxtlar sovetlər dönəmində deyirdilər ki, vaxt gələcək, pul-para lazım olmayacaq. Yəni kommunizm qurulacaq, o vaxt yaşamaq da asan olacaq, dükan-bazardan aldıqlarına pul ödəməyəcəksən, nə bilim, nələr… Digərləri başqa

Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Namiq Dəlidağlının yaradıcılığından bəhs edən məqalə Belçikada fəaliyyət göstərən ədəbiyyat portalında ingilis dilində, İtalyada isə iki saytda italyan dilində yayınlandı. Dalidag.az xəbər verir ki, məqalənin müəllifi Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında fəal iştirak edən gənc yazar, "Dünya Talantları" Beynəlxalq Təşkilatının üzvü, "Albay" Beynəlxalq Medalı laureatı Cahangir Namazovdur. Qeyd edək ki, bu yaxınlarda Namiq Dəlidağlının

Əjdər Hüseyn oğlu İlyasov (Əjdər Əslisaf) 31 dekabr 1962-ci ildə Kəlbəcər rayonunun Milli kəndində, ziyalı ailəsində dünyaya gəlib. 1970-ci ildə doğulduğu kənddə orta məktəbə gedib. Sonralar təhsilini Kəlbəcər şəhər 1 saylı və Sınıqkilsə kənd orta məktəbində davam etdirib. Qeyd edək ki, Əjdər Əslisaf 1980-ci ildə Sınıqkilsə kənd orta məktəbini fərqlənmə attestatıyla bitirib. 1981-83-cü illərdə keçmiş sovet ittifaqı hərbi qüvvələrində hərbi xidmətdə olub. 1984-cü ildə Moskva Ali Ticarət
Yazı axını