Reklam
"Sonra sıralandı itirdiklərim, sonra nələr oldu, nələr yaşadım..." - Namiq Dəlidağlı
01-04-2025 18:27
Namiq DəlidağlıBu gündən etibarən Dalidag.az saytı Sevinc Qəribin təqdimatında yeni - "Bir ruh əsintisi..." rubrikası ilə oxucuların könlünü oxşamağa çalışacaq. Rubrikamızın ilk şeir sovqatı Namiq Dəlidağlı yaradıcılığından:
Səni qınamıram, səni, ürəyim,
dəmir deyilsən ki, daş deyilsən ki?!...
Ağrıyla, acıyla silələnmisən,
necə dözməliydin, boş deyilsən ki?!...
Üstündən bir qoşun dərd ötürmüşəm:
vaxtsız ata dərdi, torpaq itkisi.
Dizini qırmağa bəs elədi, bəs-
adını çəkdiyim dərdin iksi...
Sonra sıralandı itirdiklərim,
sonra nələr oldu, nələr yaşadım...
Əlimi yelləyib ötürdüklərim-
qənimim oldular illər - yaşadım.
...Gözüm görə - görə nuş elədilər,
qanımı içdilər qansız adamlar.
Məni yüz ağrıya tuş elədilər,
bu ruhsuz adamlar, cansız adamlar.
Canımda ağrını daha çoxaltdı,
bir naşı həkimin yazdığı dərman.
Yüz qaysaq yaramı yenə qopartdı,
bir nadan hakimin verdiyi fərman.
...Gözümdə, könlümdə qışlayan ağrı,
həsrətdən sinəmə min "naxış" vurdu:
Dərbənddən, Təbrizdən başlayan ağrı,
göynəyən ruhumda bir yuva qurdu.
Ağrı yetişdikcə göynəyir s i n ə,
kədər şirin-şirin yeyir ü r ə y i.
Hərdən də təsəlli verirlər mənə-
xəstə olmalıdı şair ü r ə y i.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 01-04-2025 18:27
Baxış sayı: 3566Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























