Reklam
"Sevincim çöllərdə qərib dilənçi..." - Xəqani Həbiboğlu
05-04-2025 10:31
Xəqani HəbiboğluSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Xəqani Həbiboğlu yaradıcılığından:
BU GECƏ
Əzablar içində çırpınan ürək,
Qədəhi çırpılan meyəm bu gecə!
Göyü uçub getmiş torpaq kimiyəm,
Torpağın itirmiş göyəm bu gecə!
Yollar mənə gəlmir, yollar-yalançı!
Sevgi yiyəsiz qız, dünýa halvaçı!
Sevincim çöllərdə qərib dilənçi,
Kədəri fatehəm, bəyəm bu gecə!
Basılmış şəhərəm - qırğınlar, talan...
Keşikçisi satqın, qalası filan!
Qılınclar oxşayan, küləklər çalan,
Sınıq bir tütəyəm, neyəm bu gecə!
Qanadım da yoxdu, necə uçum mən...
Olsa da, özümdən hara qaçım mən.
Elə susuzam mən, elə acam mən,
Bəlkə qəmlərimi yeyəm bu gecə...
Övladı vəfasız vətən kimiyəm!
Vətəni dumanda itən kimiyəm.
Ruhun unutduğu bədən kimiyəm,
Kəfən də tapmıram geyəm bu gecə!
Haqqın dərgahına yol uzaq olur,
Çatmasa yolçu yox, yol yazıq olur.
Göylərə ulayan yalquzaq olur,
Xaqani, qapı var, döyəm bu gecə?!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-04-2025 10:31
Baxış sayı: 3363Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























