Reklam
"Ədəbiyyatı bilməsəydim, mən də iddialı olardım" - Elşən Əzim
16-03-2025 10:29
Elşən Əzim"Şeirlərimə qarşı çox laqeydəm. 2014-cü ildən sonra nə şeir dəftərim, nə də komputerdə şeirlərimin cəm olduğu "papkam" var. Son iki-üç ildə mətbuata da göndərmirəm. Şeiri birbaşa fb səhifəmə yazıram, qalırsa, burda qalır, itirsə, burda itir. Bəs niyə belədir? Elə məndə şeirə laqeydliyi də sosial şəbəkələr yaratdı"
Dalidag.az xəbər verir ki, bu fikirləri istedadlı şair Elşən Əzim öz facebook səhifəsində qeyd edib:
"Burda şair olanlar şeiri çox ucuzlaşdırdı, tiktok isə lap birqəpiklik elədi. Belə bir dövrdə "şeirdən ucalıq umanlara" sadəlövh adamlar kimi baxıram. Kaş ədəbiyyatı bilməyəydim. Əgər bilməsəydim, mən də iddialı olardım.
Ədəbi fəaliyyətdən tam uzaqlaşmağa qərar verirəm. Bu qərar şeir yazmayacağıma işarə deyil. Şeir gəldisə, onu yazmamaq mümkün deyil. Şeirimi yazacam, ancaq onun taleyi mənim üçün maraqsız olacaq. Heç bir ədəbi layihədə - kitab, almanax, tərcümə və s. Kimi işlərdə bulunmayacam. Tədbirlərə qatılmayacam... Qoy bu işlərdən yaralananlar meydan sulasınlar, qoy sənəti müvəqqəti populyarlıq predmetinə, alver vasitəsinə çevirənlər keyf eləsinlər. Mən yazacam, çünki bu, daxili ehtiyacımdır...", Elşən Əzim vurğulayıb.
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 16-03-2025 10:29
Baxış sayı: 3690Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























