Reklam
"Ayrılıq adında cəzam var mənim..." - Adilə Nəzər
08-04-2025 10:19
Adilə NəzərSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Adilə Nəzər yaradıcılığından:
İLAHİ, VARLIYAM SƏNDƏN
İlahi, qəbul et, varlıyam səndən,
Baxma ki, dilimdə min bir ahım var.
Sənin mənim kimi günahkar bəndən,
Mənim sənin kimi bir Allahım var.
Bu yanğın yerinə can dayanarmı,
Odu kül olmuşlar bir də yanarmı,
Sorsalar gümanın, ümidin varmı,
Deyərəm uca bir qibləgahım var.
Yox olar canımdan ağrılar, cəmi,
Unudar ürəyim kədəri- qəmi,
Yaralı könlümün həbi- məlhəmi,
Ruhları oxşayan çahargahım var.
Sevdim, sevdiklərim oldular qənim,
Alışdı can evim, yandı bədənim,
Ayrılıq adında cəzam var mənim,
Bir də sevmək adlı bir günahım var.
Üsyan eyləmədim bəxtə, taleyə,
Nalədə bənzədim bir həzin neyə,
Sənin tövbə qapın açıqdır deyə,
Rahatam, dönəcək bir pənahım var.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-04-2025 10:19
Baxış sayı: 3477Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























