Reklam
"Tanrıdan tək bir şey istəyirəm mən, özümü itirib səni tapmağı..." - Aybəniz Əliyar
02-04-2025 14:39
Aybəniz ƏliyarSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının bu dəfəki şeir ərmağanı Aybəniz Əliyar yaradıcılığından:
***
Sevməyə yaşımız çatdımı görən?
Ürək harda durdu, harada dindi?
Mən uşaq dalıyca, sən ev dalıyca,
Kimin qayğısına qalırıq indi?
Kimin ocağına odunuq görən?
Kimin çatısına yamağıq axı?
Tanrıdan tək bir şey istəyirəm mən,
Özümü itirib səni tapmağı...
Sevməyə yaşımız çatdımı görən?
Bu yaş necə yaşdır, de, hardan bilək?
Bəlkə yaş dalıyca, quru dalıyca
Boş-boş yollanmaqdan yoruldu ürək?
Deyir, yetimin də Allahı varmış,
Səni məndən alan niyə qorumur?
"Qurunun oduna yaş da yanarmış",
Mənim yaş gözlərim niyə qurumur?
Sevməyə yaşımız çatdımı görən?
Bu sual önündə illər göz döyür,
Sənin ağ saçların "çatdı" deyirsə,
Mənim ağ saçlarım "keçibdir" deyir.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 02-04-2025 14:39
Baxış sayı: 3386Yazı axını
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar




























