Reklam
"İlləri ha topla ömrün üstünə, yenə çıxhaçıxdır, şübhən olmasın..." - Rəsul Murovdağlı
03-04-2025 10:42
Rəsul MurovdağlıSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Rəsul Murovdağlı yaradıcılığından:
ŞÜBHƏN OLMASIN
Sirri dosta versən, dostdan incimə,
Sonu çox açıqdır, şübhən olmasın.
İlləri ha topla ömrün üstünə,
Yenə çıxhaçıxdır, şübhən olmasın.
Əgər həsrətinin odu dərinsə,-
eşqdir misra-misra sözü yeritsə...
Şeir ürəyinin yağın əritsə,
Üzə çıxacaqdır..., şübhən olmasın.
Könül arzuları yesir köz daşı,
Yazım vərəqlərə közdən söz daşı... .
Göylərdə buludlar udur göz yaşın,
Dolub yağacaqdır, şübhən olmasın.
Sudan çıxarmadı çulun zəmanə,
Lüt qalıb sevgisi yalan zəmanə.
Bəşərdən hamilə qalan zəmanə,
Şeytan doğacaqdır, şübhən olmasın.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-04-2025 10:42
Baxış sayı: 3554Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























