"Ha saldırdı yollarını ayaqdan, qabar oldu qədəmləri ömrümün..." - Firuzə Məmmədli
06-04-2025 11:20
Firuzə MəmmədliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Firuzə Məmmədli yaradıcılığından:
ÖZÜM OLA BİLMİRƏM
Yenə qəlbim mənə düşmən kəsilib,
Mən özümlə bacarmıram, İlahi!
Dilim sözdən, əlim işdən kəsilib,
Tərs üzümlə bacarmıram, İlahi!
Təbil döyür elə könül qapımda
Gah sevinən, gah ağlayan duyğular.
Adam olur, itə dönür qapımda
Məni mənsiz varaqlayan duyğular.
Qanmı düşüb, yaram keçib əlinə,
Söküb-tökür içərimdə nə varsa.
Çıxdaş olub haram keçib əlimə,
Koda düşüb açarımda nə varsa.
Döyən yoxsa, nə suçlayım Dünyanı!
Könül qapım qapalıydı əzəldən.
Diz üstündə surğuclayım Dünyanı,
Mənə yolu topal idi əzəldən.
Ha saldırdı yollarını ayaqdan,
Qabar oldu qədəmləri ömrümün.
Oxutmadı məni gerbdən, bayraqdan,
Ağı dedi sitəmləri ömrümün.
Od oluram, su oluram indi ta,
Bu halıma dözüm ola bilmirəm.
"O" oluram, "bu" oluram indi ta,
Təkcə "özüm"... "özüm" ola bilmirəm.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-04-2025 11:20
Baxış sayı: 3344Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















