Reklam
"Bir ağac göyərir köhnə izimdə..." - Rəfail Tağızadə
07-04-2025 13:22

Rəfail Tağızadə
Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir sovqatı Rəfail Tağızadə yaradıcılığından:
HƏSRƏT
Məni payız seçdi fəsil içində.
Günümü xəzanlar hey tumarlayır.
Sənin əllərini göylər saxlayar,
Mənim əllərimi yer qamarlayır.
Sənsizlik hər gecə üşüdür məni.
Donur öpüşlərin izi üzümdə.
Baxışım gözündə ağlayır sənin.
Bir ağac göyərir köhnə izimdə.
Bir sazaq içimdən titrədir məni,
Bahar istəyimi qəfil don vurur.
Havası sorulmuş bu boş qəfəsdə
Həsrətin özünə təzə ev qurur.
Bu sənsiz dünyada nəyim var mənim.
Çəkilib gedirəm bu yer üzündən.
Nələr çəkdiyimi göydəki bilir.
Ah yerin yeddinci qatından gəlir...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-04-2025 13:22
Baxış sayı: 3357Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar



























