Reklam
"Allah, şəkil çəkirəm…" - Şahnaz Şahin
04-04-2025 09:22
Şahnaz Şahin Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Şahnaz Şahin yaradıcılığından:
ŞƏKİL ÇƏKİRƏM
Mən də bir cürə şairəm.
“Ah”la şəkil çəkirəm.
İnanmırsan gəl otur
Yoxla, şəkil çəkirəm..
Qoy qırağa kətanı,
Gey ruhuna butanı.
Ağrıyanda sağ yanım,
“Sol”la şəkil çəkirəm.
Bir az rəng qoy saçına,
Həmrəng olsun acına.
Bir söz qoy bəxt ucuna
Yolla, şəkil çəkirəm…
Hər yazılan söz deyil,
Hər görənə göz deyəm!..
Min üzü var dözməyin
Allah, şəkil çəkirəm…
Çıx işıqlı talaya,
Bax o müdrik qalaya.
Öd yalaya-yalaya
Odla şəkil çəkirəm!
Buraxdım qəmi getdi,
Azadlıq dəmi getdi..
Ürəyim məni satdı…
Baxma şəkil çəkirəm…
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-04-2025 09:22
Baxış sayı: 3379Yazı axını
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
01 / 10 / 2026
30 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
Ən çox oxunanlar
01-10-2026 22:01





























