Elbariz Məmmədli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Elbariz Məmmədli yaradıcılığından: ÖLÜRÜK PAYIZ-PAYIZ... Sarı-sarı yarpaqlar qopub ələnir yerə, Ağaclar çəkir cana payızla gələn qəmi. Günlər də ömrümüzdən bax, beləcə sovuşur, Dolan gözlərimizdə sozalır ümid nəmi. Hardasa külək əsir, hardasa yağış yağır, Yuyur sahildə dalğa son ayaq izlərini. Qaralan buludların çiynində yükü ağır, Dəli ağlamaq tutub göylərin gözlərini. Gecədə tənhalıq var,

Ayxan Ayvaz Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Ayxan Ayvaz yaradıcılığından: BANAN QABIĞI P sixoloq bacıma sarı rəngin onu xoşbəxt edəcəyini deyibmiş. Xəstəxanadan qayıdanda atamla anam yolboyu bacımın öz-özünə danışmağına baxıb başlarını bulayıblarmış. Qış təzəcə sovrulub gedir, ağacların rəngi özünə qayıdırmış, küləklər şəhərimizlə hələ vidalaşmasa da, soyuqlar artıq yola çıxmağa hazırlaşırmış. Kafedə oturub çay sifariş eləyəndə atam ofisiantın

Çinarə Ömray Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Çinarə Ömray yaradıcılığından: ŞƏRBƏT Bir anlıq gözünüzü yumun. Uzun zamandır izlədiyiniz bir ailəni düşünün. Bilirəm bunca işin-gücün içində mənasız gələcək, amma düşünün, xahiş edirəm, düşünün.Hə, dərindən nəfəs alırıq, gözümüzü yumuruq. Evin tavanından (əvvəl baca olurdu) baxırıq. Nə görürsünüz? Ana, ata, bir qız, bir nəvə? Yox, əşi. Ömrümü yeyən bu ailəyə bu qədər bəsit baxa bilməzsiniz. Bir də baxın,

Aləmzər Sadıqqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Aləmzər Sadıqqızı yaradıcılığından: TANRI BİTİRDİ... Nə səndən öncəsi, nə də sonrası, Kimsəni sən qədər sevə bilmədim... Bəlkə də darıxdım, bəlkə üzüldüm, Yaşaya-yasaya ölə bilmədim. Tanrı gondərmişdi bu eşqi bəlkə, Ondan hər əmrinə boynumu əydim... Mənim qala kimi divarlarımı, Uçurub əlimlə könlünə gəldim. Gözündə gördüyüm o atəş ki var, Hələ də içimdə şam kimi yanır. Sən bəlkə bir özgə gözə

Əlirza Həsrət Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əlirza Həsrət yaradıcılığından: SƏNƏ HARDAN BAXSAM... İnandım dağların etibarına, Sənə hardan baxsam,dağ şəklindəsən. Gəl şəkil çəkdirək quzey qarına, Görsünlər bu eşqin ağ şəklindəsən. Bəzəksən ən gözəl şeir sətrinə, Sevməyi öyrəndim sənin xətrinə. Hamı bihuş olub çiçək ətrinə,- Bağbanı divanə bağ şəklindəsən. Gəlsə adım sənin dilinə ağır, Məni baxışınla,gözünlə çağır. Çöhrəndən sevdalı qəriblik

N emət Mətin Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Nemət Mətin yaradıcılığından: ULDUZ – Böyük ulduz tez sönür. – Yəni ulduz ölür? – Belə də demək olar. Nazlı ulduzları seyr edərkən ona baxdım. Suya düşmüş pişik kimi titrədim. "İlahi, o, ulduzdan da gözəldir", – acizanə düşündüm. – Bəs ulduz niyə axır? – Əslində, bizə elə gəlir ki, ulduz axır. Meteoritlər atmosferə girmək istəyəndə yanır. – Uşaqlıqda axan ulduz görəndə arzu tutardım. Deməli, cəfəngiyyat

Sülhiyyə Musaqızı Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Sülhiyyə Musaqızı yaradıcılığından: * * * Tanrım, bilirsənmi, gündə neçə yol, Dara çəkir yazmadığım söz məni, Can alır, can verir gündə neçə yol, Şeir, bir Sən olub öldürür məni? Neçə yol mən oluram, sən oluram, Olumda, ölümdə var, yox oluram, Keçib candan, birdən mələk oluram, Söz doğulur, ölür ağlayır məni? Ölmüşəm kimi ağ da bağlayır məni, Qoyub ürəyi darda ağlayır məni, Tanrım, bilirsənmi

Kənan Hacı Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Kənan Hacı yaradıcılığından: TƏBƏSSÜM ÇİÇƏYİ Q adın ehtiraslı baxışları öz üzərində hiss edib gözucu yana baxdı. Şişman qarınlı, buxağından yağ daman bir kişi həris nəzərlərlə qadını başdan-ayağa süzməkdə idi. Qadın ürəyində düşündü ki, yaşından-başından utanmır, yekə kişidir, utanmaz! Gözəl, cazibədar qadınlar həmişə diqqət mərkəzində olur. Kişilərin qadın gözəlliyindən zövq alması da təbii bir hisdir.

Şiringül Musayeva Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Şiringül Musayeva yaradıcılığından: MƏHƏBBƏT HƏMİŞƏ VAR Əslində, mən - Süleyman sevgiyə, məhəbbətə bir o qədər də inanmamışam. Sevgi, məhəbbət, eşq mənim aləmimdə şairlərin, rəssamların, yazıçıların uydurduğu bir illüziya, boş bir sabun köpüyüdür. Belə ki, söz, sənət adamları bu eşq, məhəbbət haqqında uzun-uzadı danışıblar, deyiblər, əslindəsə, onun mövcudluğuna özləri də şübhə ilə yanaşıblar. Həmişə

Yusif Hüseyn Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Yusif Hüseyn yaradıcılığından: DAŞA DÖNDÜK, BU SEVDANIN BAŞINDA... Bu məhəbbət nə çətinmiş, nə ağır, Bu talehdən bəxtimizə daş yağır. Bu sevgidə nə əvvəl var, nə axır, Sən baharda...mənsə ömrün qışında, Daşa döndük, bu sevdanın başında... Daş ürəyin sevgisi də daş olar, Daş ürəkdə bahar olmaz, qış olar, Qismət bəzən əl çatmayan quş olar. Deyirlər ki, sevdası var quşun da, Daşa döndük bu sevdanın
Yazı axını