Reklam
"Mən bir ata duası, bir ana qarğışıyam!" - Elməddin Mətləb
25-05-2025 10:07
Elməddin MətləbSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Elməddin Mətləb yaradıcılığından:
ƏLVİDA!
Mən bir gecə vurğunu, mən bir gecə düşgünü,
Mən səhra tüfeylisi, mən bir küçə düşgünü.
Hər gün tapdaladığım yollar da bezdi məndən,
Hər gün göyə açılan qollar da bezdi məndən…
Gündüzlərə sığmıram, gündüzlərə naşıyam,
Mən bir ata duası, bir ana qarğışıyam!
Sən -- ömrün gündoğanı, mən -- ömrün günbatanı,
Mənim üçün dünyada sabah yoxdu! Əlvida!
Bu da bir tale payı, bu da bir baxtdı, neynim?!
Ürək sözə baxmayan dəcəl uşaqdı, neynim?!
Yığ bütün dərdlərini, bir yarpaq saxlar suda,
Söz açma çəkdiyimdən, yeri, göyü qorxudar!
Çək əlini əlimdən, yoluxar dərdim sənə,
Günah məndədi axı sevgi göstərdim sənə…
Özündə nəsə görmə, bütün səbəb məndədi,
Səndə heç zərrə qədər günah yoxdu… Əlvida!
Nə sirdisə, açılmır -- dualar çatmır göyə,
Bəlkə də, çoxdandı ki, kimsə daş atmır göyə,
Nə varsa, yuxudadı yer üzü, göy üzündə,
Kimsə yaradılışın doğma tərəfindədi, kimsə ögey üzündə!
Bəlkə də, yerdən göyə qatar olub haçansa,
Su üstə yaz duanı, çıxar ərşə çatası buxar olub haçansa!..
Eh, quru təsəllidi, nə "Allaha pənah" e? --
O dediyin Allaha pənah yoxdu! Əlvida!
Sən özün yaz taleni, qədər öz əlindədi,
Gülüş öz əlindədi, qəhər öz əlindədi,
Ayrılığı özümüz yaradırıq eləcə
Və hər gün oxşar səhər və hər gün ekiz gecə --
Tərəddüdlər içində boğulur, ölür adam
Və hər gün öz içində doğulur, ölür adam…
İki Allah sığışmaz ürəyə, ömrüm-günüm,
Sevgi varsa ürəkdə, Allah yoxdu!.. Əlvida!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 25-05-2025 10:07
Baxış sayı: 3372Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























