Reklam
"Hərdən darıxanda adımı çağır..." - Rəşidə Allahverdiyeva
26-05-2025 11:12
Rəşidə AllahverdiyevaSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Rəşidə Allahverdiyeva yaradıcılığından:
ADAM...
Bu həsrət qovurur bizi min ildi,
Nə fərqi, vaxt keçib az, ya çox, Adam.
Nə olsun yaşının üstə yaş gəlir…
Sənin yaşlanmağa haqqın yox, Adam.
Qoy qovsun il ili, ay keçsin ayı,
Nə qarış axına, nə qoşul selə.
Mən səni gördüyüm gündə qalmışam.
Sən məni itirən ildə qal elə.
İllərdi qəlbimə çətir tutmuşam,
ki həsrət yağışı döyməsin səni.
Özüm öz içimdə qovruldumsa da,
Şux gəzdim əhvalım əyməsin səni.
Sənə cürət edib toxunmadı ki,
İçımə atdığın bircə daş belə.
Mən sənin üzündən iyirmi ildə
Böyüyə bilmədim bircə yaş belə.
Vaxt ötə, lap elə bükülə belin,
Övlad çiyinləri olar dirəyin.
Dərd etmə, nə səksən, nə yüz qocaltmaz.
İçındə varamsa, gəncdir ürəyin.
Adımı daşıyan nəvənə baxıb
Anlarsan, duyğu var, qədəri olmaz.
Əsanı gizləyən nəticələrə
Bir az hirslənməyin zərəri olmaz.
Sənə ünvanlanan hər bir misrada
Döyünən qəlbimi duysan, bəsimdi.
Hərdən darıxanda adımı çağır,
Gəlməsəm, anla ki, son nəfəsimdi.
Həsrət ayırmadı, ölüm neyləyər?!
Sənə çox bağlıyam…. çox eee… çox, Adam…
Yaşının üstünə yüz yaş da gələ,
Sənin yaşlanmağa haqqın yox, Adam..
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-05-2025 11:12
Baxış sayı: 3669Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























