Reklam
"Xəyalımda yaşarsan, könlümdən keçir yolun" - Nadir Məmmədli
27-05-2025 10:57
Nadir MəmmədliSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nadir Məmmədli yaradıcılığından:
* * *
Ey könül şəhərimin
Əsrarəngiz sakini!
Səni Tanrı atamış -
Oldun şəhər hakimi.
Hüznlü axşamlara
Sən bir əsinti mehsən.
Dan üzünə səcdədə
Kirpiyimdəki şehsən.
Hardandı bu yasaqlar?
Götür, Tanrı eşqinə.
Apar bir keşikçi qoy
Məni saray-köşkünə.
Nə bu güzərgahında
Qadağan saatları?!
Səbrimin üstən keçir
Hər gün fayton atları...
Haralarda qoşarsan,
Kimlərdi sağın, solun?!
Xəyalımda yaşarsan -
Könlümdən keçir yolun...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-05-2025 10:57
Baxış sayı: 3577Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























