"Kimsəsiz ev kimi xatırlayıram o illərin payızını..." - Gülnarə Cəmaləddin
24-05-2025 11:20
Gülnarə Cəmaləddin Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Gülnarə Cəmaləddin yaradıcılığından:
* * *
Burnumdadı
kürən otların saman qoxusu.
O illər necə də sadəlövhcəsinə sevərdim
göy üzünü,
quşların nəğməsini,
bir də anamın çörək ətri verən əllərini.
ovuclarımda uşaqlığımın kədərli üzü
seyr edərdim pəncərə arxasından
dağların dalında günəşin batışını.
Məhəllə qarısı kimi tanıyardım
amma bu cürə gənc
və amansız bilməzdim ölümü.
kimsəsiz ev kimi
xatırlayıram o illərin payızını.
Bir də heç vaxt ağlımdan silinməyən
ayrılığına ağladığım adamların qəmli üzünü.
nə Baxda
nə Bethovendə
nə də Dvorjakda dinləmədim
payızda arıların çaldığı
ayrılıq simfoniyasını.
Divardakı əsgər şəkillərindən anlamışdım
müharibələrin yaxşı bir şey olmadığını.
kinolarda gördüyüm
zənci qadınlarının kədərli üzlərindən
və bir də
vəllərə qoşulmuş kolxoz kəllərin
ümidsiz gözlərində
tanıdım köləliyi.
Və azadlığı daha çox sevdim
xırman atlarının belindəki
qırmanc izlərini xatırladıqca...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 24-05-2025 11:20
Baxış sayı: 3244Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















