Reklam
"Verdiyiniz göstəriş 123 saylı Kəlbəcər Seçki Dairəsində kobud şəkildə pozulmuşdur" - Əziz Qənbərov Prezidentə müraciət etdi
10-02-2020 14:00
Hörmətli cənab Prezident! Çox təəssüf hissi ilə bildirirəm ki, Sizin seçkilərin şəffaf keçirilməsi ilə bağlı verdiyiniz göstəriş mənim də namizəd olduğum 123 saylı Kəlbəcər Seçki Dairəsində kobud şəkildə pozulmuşdur.Biz gənclər Sizin çağırışınızdan ruhlanaraq bu yola çıxsaq da Kəlbəcər rayonunun bəzi şəxsləri öz inzibati təsirlərindən istifadə edərək Sizin iradənizin ziddinə olaraq öz çirkin niyyətlərini reallaşdırmaq üçün hədsiz dərəcədə seçki saxtakarlıqları törətmişdirlər. Bu dediklərimi əlimizdə olan böyük sayda sübutlar da təsdiq edir. Yaxın vaxt ərzində bütün bu sübutları Sizə təqdim edəcəyəm. Sonda qeyd edim ki, xalqımız Sizin bu seçkilərlə bağlı ortaya qoyduğunuz siyasi iradəyə güvənərək Sizin çağırışlarınıza hər zaman olduğu kimi müsbət yanaşıb. Lakin bu saxtakarlıqları törədən şəxslər xalqın inamını sındırmağa çalışır. Bu isə Sizin son zamanlar apardığınız islahatlara kiçik məmurların böyük zərbəsidir. Biz inanırıq ki, Siz bu məsələdə ciddi iradə ortaya qoyaraq saxtakarlıqların qarşısının alınması üçün ciddi göstəriş verəcəksiniz.
Hörmətlə; Əziz Qənbərov,
123 saylı Kəlbəcər Seçki Dairəsindən
deputatlığa namizəd
Dalidag.az
Kateqoriya: Manşet
Tarix: 10-02-2020 14:00
Baxış sayı: 24 008Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























