Reklam
Kəlbəcər ucalığı
25-11-2023 22:10
25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür!
Rəfail Tağızadə
Təbiəti dünyaca gözəl, insanları mərd, igid Kəlbəcər. Hər ağacı bir əsgər, hər qayası bir sipər Kəlbəcər. Dolanbacları adamı azdıran, İstisuyu Tərtər çayına qarışmayıb, bir müddət buğlana-buğlana axan, bıçaqla kəsilən pendir kimi kəsilmiş qayalarından damcı-damcı su süzülən, səmasından Dədə Şəmşirin səsi eşidilən Kəlbəcər.
Xatirələrə söykənib səndən danışıram. Əzəmətli Murovu- na, Dəlidağına qalxıram. Ovcumu donduran bulaqların buz kimi suyundan içirəm. Ağzımı, boğazımı yandıra-yandıra gedib mədəmə rahatlıq gətirən İstisuyun paqqıldayan suyunu dərman kimi qəbul edirəm. Baxdıqca adamın papağı düşən ağaclara, qalın-sıx meşələrə, sıldırım qayalı dağlara, yamya- şıl yamaclara baxaraq təbiətin gözəlliyini duyub, “Burda ya- şamağa dəyər!” - deyirəm. Gözəlliklərlə dolu xatirələrdən ayrılmaq istəmirəm. Xəyallarıma, arzularıma qovuşmaq üçün təzədən sənə gəlirəm. O qədər gözəl yüksəklik varkən bezdim, usandım artıq çökəkdə, boz səhrada qalmaqdan.
Kəlbəcərin sərtliyi də gözəlliyi qədər cəledicidir. Dağların arasından keçən qorxunc yolların, meşələrin, hündür, əzəmətli ağacların hamısını fotoaparatın lentinə köçürmək keçir adamın könlündən.
Sıldırım qayalar, hündür ağaclar adamı məğrur edir. Onlara söykənib, özünü arxalı hiss edirsən. Güc, qüvvət, cəsarət alırsan. Dağ adamlarını mərd, ürəkli, cəsarətli edən də, elə budur.
O sahənin mütəxəssisi olan bir professor dostum deyirdi ki, təkcə Kəlbəcərin o zəngin meşələri ilə Azərbaycanı 100 il saxlamaq olardı.
Dağ adamlarının dağsız, düzənlikdə yaşaması həm də da- xili məğlubiyyətdir. Utandığından ancaq yerə baxırsan. Söy- kənəsi nə dağ var, nə də əzəmətli ağac. Düzənlikdə kürəyini
yerə vurursan. Məğlub kimi. Kürəyi yerə vurulan adamın di- li-ağzı olmaz, səsi çıxmaz. Çünki səsini daşıyası nə dərə var, nə də səsinə səs verəsi qaya. Eyni fona baxmaq, eyni bozlu- ğu mütəmadi görmək; yeknəsəklik insanın ruhunda bir dur- ğunluq yaradır. Adamı mütiləşdirir.
İnsan yalçın qayalara, qollu-budaqlı ağaclara baxanda qü- rurlanır.
Mən səni görməyə, sənə dönməyə tələsirəm. Kürəyimi dağlarına söykəyib qürurlanmaq, ən hündür ağaclarına baxa- baxa göyə tamaşa edib özümə gəlmək, özümə qayıtmaq, itir- diyim özümü tapmaq istəyirəm.
Yaşamadıqlarını unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək. Sənin o əvvəlki sevincli halını özünə qaytararaq tə- mizlənib, durulub, saflaşaraq.
Mən gəzdiyim, olduğum yerlərin heç birində Kəlbəcərdə olan füsunkarlığı, əzəməti görmədim. Təbiət bu yerdən heç nəyini əsirgəməyib. Gözəlliyi, təbii ehtiyatları, dağları, me- şələri, özü kimi əyilməz, mərd övladları...
Enişdən ucalığa doğru uzanan arzuları həqiqətə çevirərək, bütün yüksəklikləri alaraq, mənəvi yüksəkliyə qayıdırıq...
Sənə qovuşmaq, o yerləri bir də görüb, orda təzədən yaşa- maq adamı cavanlaşdırır, yenidən özünə qaytarır. Əhvalını dəyişir.
Doğmalarının nəfəsini duyanda, addım səsini eşidəndə, bulaqlarının suyuyla üzlərini yuyub gülüş, təbəssüm dolu simalarını görəndə, dağlı, meşəli qoynuna alıb bağrına basanda onlarla birlik də sən də yenidən gözəlləşəcəksən. Sevinc, xoşbəxtlik adamın da, təbiətin də ovqatını dəyişir.
Səni sevməmək mümkün deyil, Kəlbəcər!
Dalidag az

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 25-11-2023 22:10
Baxış sayı: 3252
Yazı axını
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar