Dekabrın 16-sı saat 12:00-dan saat 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, dekabrın 16-sı

Dünən Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olan hərbçi Zöhrab Hümbətov dəfn olunub. Dalidag.az -ın xəbərinə görə, şəhid Zöhrab Hümbətov anadan olduğu Tovuz rayonunda, Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ötən gün Kəlbəcərin Çıraq kəndində 8 nəfərin minaya düşməsi barədə xəbər vermişdik. Hadisə nəticəsində 1 hərbi qulluqçu, Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub. Digər 7 nəfər isə yaralanıb. Dalidag.az apa-ya istinadən həmin görüntülərini təqdim edir:

Kəlbəcər rayonunda şirkətə məxsus yük avtomobili qaçırılıb. Dalidag.az xəbər verir ki, rayon ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub. Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən - Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb. Avtomobil şirkətə təhvil verilib. Araşdırma aparılır.

“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minaların partlaması nəticəsində həyatını itirən və yaralan Azərbaycan vətəndaşları, hərbçilərimiz var. Münaqişənin dayandırılması ilə bağlı məlum üçtərəfli bəyanatdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın mina terroru davam edir". Dalidag.az bildirir ki, Milli Məclisinin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində

Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olma xəbəri məni kədərləndirdi. Dalidag.az xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld Tvitterdə yazıb."Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm", - o bildirib.

Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Dalidag.az -ın xəbərinə görə, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.

Kəlbəcər işğal olunanda Asimin cəmi bir yaşı vardı. İndi Kəlbəcər azaddı, yenidən dirçəlir. Bizlər isə böyük arzularla, sonsuz ümidlərlə Kəlbəcərə, doğma yurdumuza qayıtmağa köklənmişik! "Space" TV-nin təşkil etdiyi "Milli səs" musiqi yarışmasında 500 iddiaçı arasından seçilərək SMS-lə səsvermə mərhələsinə yüksəlmiş Asim Abbasov xalq musiqisi və milli estradanın təbliğində öz səsimiz ola bilər. O, həm də yarışmada Kəlbəcəri təmsil edən yeganə iştirakçıdır. Doğma yurdlarımıza qayıdışdan sonra

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun 05 dekabr 2022-ci il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş
Yazı axını