Təbiətin süd qardaşı! Kəlbəcərinin sirdaşı! Sözümüzün şəhdi-şirəsi, naxışlanmış ilməsi, ana dilli kəlməsi-Məmməd Aslan ...Azərbaycan ədəbiyyatı tarixində barmaqla sayılan ana dilli şairlərimizdən olan Məmməd Aslanı bu gün elə-belə, təsadüfən xatırlamadım. Məmməd Aslan ürəklərdən, könüllərdən uzaq düşməyib, ay Azərbaycan poeziyasının vurğunları! Dilimizdə, sözümüzdə, gözümüzdə - özümüzdə yaşayır xalqımızın hər üç Məmmədindən (Məmməd Araz, Məmməd İsmayıl və Məmməd Aslan) biri olan Məmməd Aslan!

Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər rayonlarının sərhədində yerləşən Zod qızıl mədəni yenidən istismara veriləcək. Dalidag.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini deyib. O, qızıl mədənində qapalı istismarın 2024-cü ilin martında başlayacağını açıqlayıb.

Dünyaya çox insanlar gəlib gedir. Hər kəs Allahın ona bəxş etdiyi ömrü fərd olaraq qismətinə nə yazılıbsa, onu da yaşayıb gedir. Şairlər də doğulurlar. Ancaq onlar adi insanlardan fərqli olaraq ölmürlər. Şairlər ölən günü belə yenidən doğulurlar. Bu dünyaya bir Bəhmən Vətənoğlu gəldi. Gəldiyi gündən dünya boyda ağır bir yükün altına girdi. Bəhmən Vətənoğlu Azərbaycanın tanınmış klassik şairlərindəndi. Bu dahi şair Azərbaycanın ədəbi mühitində hər zaman üst qatda qərar tutmuşdur. O cəmiyyətin

Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S.Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay

İnqilab Nadirov Kəlbəcərin həm səfalı, həm də cəfalı günlərində rayona rəhbərlik edib. Kəlbəcərlilərin borcu ona ədalətli qiymət verməkdir. İ.Nadirov barədə həm müsbət, həm də mənfi fikirlər var. Hansı düzdür? Bu suala ancaq elm ədalətli cavab verə bilər. Elmə görə, hər birimizin həm şəxsi, həm də ictimai mənafei var və bu mənafelərin nisbi cəmi vahiddir. Başqa sözlə, hər kəs həm özünə, həm də dövlətə işləyir. Rəhmətlik İnqilab Nadirov üçün də bu qanun doğrudur. Bu qanuna görə rəhbərin yaxşı və

Azərbaycan SSR Ali Sovetinin üç çağırış deputatı, Azərbaycan Milli Məclisinin üzvü, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı İnqilab Nadirov bu gün 83 yaşında dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, İnqilab Nadirov 1976-1988-ci illər ərzində Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olub. İnqilab Nadirov 25 aprel 1940-ci ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olub. O, 1991-1995-ci illərdə Azərbaycan Respublikası ilk Milli Məclisinin üzvü olub.

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Abşeron rayonu, Masazır qəsəbəsi, Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulu keçirib. Dalidag.az -ın xəbəeinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH başçısının inzibati

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci Ildönümü Ilə Əlaqədar Kəlbəcər rayon İcra Hakimiyyətində anım mərasimi keçirilib. Dalidag.az -ın xəbərinə görə, öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq və mühafizə orqanlarının rəhbərləri, əməkdaşları,rayon idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında dahi şəxsiyyətin büstü önünə

Rövşən Hüseynli Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kəlbəcərin təbiətinin gözəllikləri kəlbəcərlilərin ruhuna, canına və qanına hopub. Kəlbəcərin təbiəti ilə kəlbəcərlilərin xarakterində bir oxşarlıq var. Bu, uzun illərdir, əsrlərdir belə davam edir. Kəlbəcər insanları qarlı qış kimi sərt, payız kimi comərd, bahar kimi gözəl, könül oxşayan, yay kimi isti, mehirban olurlar. Kəlbəcərlilərin üzündə, çöhrəsində olan abır, həya hissi həmən sezilir, duyulur. Böyük-kiçiyə hörmət, qız-gəlinə

Kəlbəcər rayon İcra Hakimiyyətinin və Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ümumilli lider Heydər Əliyevin irsi bizim milli sərvətimizdir ” mövzusunda ümumrayon tədbir keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak
Yazı axını