Prof.Şahlar Əsgərov əməkdar elm xadimi, TN yanında İctimai Şuranın sədri Düyünü vuran özü açmalıdır. Çin xalq misalı Qarabağ düyününün yaşı 30 deyil, 200 ilə yaxındır. Bu problemin görünən yaşı 30 ildir. Görünməz yaş isə 150 ildən çoxdur. Ötən 150 il ərzində tarix xeyli saxtalaşdırılmış, ermənilər tədricən silahlanmış, azərbaycalılar isə tərksilah edilmişdi. Əhalidə quş tüfəngi belə qalmamışdı. Obrazla ifadə etsək, ermənilər atlanmış, azərbaycanlılar isə atdan salınmışdı. Bu Qələbənin görünən

Müdafiə Nazirliyi Kəlbəcərin Yanşaq kəndinin görüntülərini yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Kəlbəcər Rayon İcra Hakmiyyətinin başçısı, rayon ictimayyəti və rayon sakinləri Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bu gün saat 12:00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkənin bütün ərazisində olduğu kimi, kəlbəcərlilərin sıx məskunlaşdığı Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə də, bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində Rayon İcra Hakmiyyətinin başçısı, rayon

Baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşən “Amnesty International” təşkilatının Baş böhran məsləhətçisi, eləcə də, münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə məşğul olan nümayəndə Donatella Rovera Kəlbəcər ərazisində monitorinq aparıb. Təşkilatın nümayəndəsi özünün “Twitter” hesabından Kəlbəcərin qəsdən ermənilər tərəfindən dağıntılara məruz qalması, mənəvi dəyərlərə ziyan vurulması barədə məlumat verib. O, paylaşımlarından birində

Kəlbəcərdən olan bir ailənin 2 üzvü koronavirusdan, bir qardaş isə ürək tutmasından dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə modern.az-a dünyasını dəyişənlərin qardaşı İsa Cəbrayılov məlumat verib. İsa Cəbrayılovun sözlərinə görə, qardaşlarında simptomlar aşkar olunandan sonra müalicəyə başlayıblar: “Qardaşlarımın 50-dən çox yaşı vardı. Böyük qardaşım Cəbrayılov Elman İsmayıl oğlu 1958-ci ildə, ortancıl qardaşım Cəbrayılov Telman İsmayıl oğlu 1960-cı ildə, ürək tutmasından

6 ildən artıqdır erməni girovluğunda saxlanılan mülki vətəndaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Yeni İlədək azad olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov sosial şəbəkədəki statusunda məlumat yazıb. O, qeyd edib ki, 3 ay əvvələ qədər əsir və girovların dəyişdirilməsi məsələsində Azərbaycanın təklif etdiyi "Hamının hamıya" prinsipini qəbul etməyən ermənistan indi razı olduğunu bəyan edib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir”. Dalidag.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilmiş Aqil Məmmədov deyib. O bildirib ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər Rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib: “Daxili

G üya kirayəçi olan Əli dedi ki, müəllim, çox ürəyitəmiz dostum var, kəlbəcərlidi əslən, Yevlaxdadı, Bakıya gəlmək istəyir işləməyə, icazə versən gəlib burda qalardı. "Gəlsin". - Nə qədər verəcək?-soruşdu. Sorğuya sorğu anlamı verən cavabı verdim, -Sən verdiyin qədər. Axı, özü 5 aydı heç nə vermir,əslində,elə mühit yaradıram ki,unutsun belə şeyləri. Qurban gəldi, gəlişi şərəfinə yeyin-içdik, kövrəldik. Dedi --Kəlbəcər işğal olunandan sonra adım "Qaçqın" oldu, Bakıya gəldim "Meyvəli"də araba

Xalq artisti Aygün Kazımova ötən gün Kəlbəcərdə avtomobildə onun mahnısını səsləndirən hərbçinin görüntülərini paylaşıb. Dalidag.az mediapost-a istinadla xəbər verir ki, o, videoya "Səsim oradan gəlir, tezliklə özüm də orada olacağam - doğma diyarımız, Kəlbəcər! Təşəkkürlər, Azərbaycan əsgəri!" şərhini yazıb. İzləyicilərdən biri isə "Aygün xanım, Röyayla gedin, tək sıxılarsınız" sözləri ilə paylaşıma rəy bildirib. A.Kazımova illərdir küsülü olduğu Xalq artisti Röya Ayxanla bağlı bu şərhə biganə
Yazı axını