Reklam
Üzü Kəlbəcərə sıralanan karvana qoşulacaqdı...- Əlövsət Misiroğlunun doğum günüdür
27-05-2023 16:01
Söz yaradıcı insanı yaşadan nəsnədi. Eləcə də əksinə, sözü yaşadan insandı. O kəs ki, sözü yaşadır, sözün qədrini bilir, zamanla sözdə yaşayır, sözü ilə yaşayır. Və bir gün ruhunun yerlə bağlılığı bitib, cismini torpağa qovuşduranda ondan qalan xatirələrin önündə sözü durur. Beləliklə, söz insanın əbədilik qarantı olur.
Tanrının mükəmməl əsəri Kəlbəcərin söz dünyasına əta etdiyi onlarca imzalar var ki, cismani yoxluğundan sonra da sözü ilə yaşayır. O mübarək yurdun dəyərli oğlu Əlövsət Misiroğlu da o kəslərdəndir ki, tanıyanların yaddaşında sözü və xoş əməlləri ilə iz buraxıb. Bu gün doğum günüdür Əlövsət müəllimin. Onsuz keçən 8-ci doğum günü. Yaşasaydı 73 yaşı olacaqdı. Üzü yurda sıralanan karvana qoşulacaqdı. Dönəcəkdi həsrətindən dərd tapdığı Kəlbəcərinə. Ruhu didərgin şairə qismət olmadı bu günləri görmək. Ruhunun rahatlıq tapdığına isə yurdunda yanan işıqlar əminlik yaradır.
Əlöysət Misir oğlu Əmrahov (Əlövsət Misiroğlu) 1950-ci il may ayının 27-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1957-1961-ci illərdə doğulduğu kənddə lk ibtidai təhsil alıb. 1961-1968-ci illərdə qonşu Başlıbel kənd orta məktəbində təhsilini davam etdirib. İş fəalliyətinə 1975-ci ildə Nəqliyyat Nazirliyinin Kəlbəcər rayon Avtobazasında başlayıb. Sonralar Bakıda ayrı-ayrı sahələrdə müxtəlif vəzifələrdə çalışıb.
1993-cü ilin məlum işğal hadisəsindən sonra Ə. Misiroğlunun dərd qoxuyan şeirləri üzə çıxmağa başlayıb. Əlövsət Misiroğlu imzası mətbuatda və el məclislərində rəğbətlə qarşılanıb. “Kəlbəcər həsrəti”, “Qəm çələngi” , “Vətən bu dünyamdı, son məkanımdı” adlı şeirlər kitabı oxuculara təqdim olunub.
Əlövsət Misiroğlu 2015-ci il yanvar ayının 22-də vəfat edib.
Ruhu şad olsun!
Sevinc QƏRİB
BOŞ GEDİR DÜNYA
Xəyallara dalıb fikirləşirəm,
Nə üçün yaranmış, nə edir dünya.
Haraya baxıram fəlakət, qırğın,
Özü yatratdığın qərq edir dünya.
Yağışlar leysantək yağır başlara,
Sellər insanları çırpır daşlara.
Bu mavi ekrandan baxıram hara,
İnsan əməyini məhv edir dünya.
Qasırğa yaradır zəlzələsiylə,
Uçurur, dağıdır vəlvələsiylə.
Min cürə dərd verir titrəməsiylə,
Sağalmaz xəstəlik bəş edir dünya.
Deyəsən İsrafil surun çalacaq,
Yenə də yer üstün sular alacaq.
Əlövsət, insansız özü qalacaq,
Gəldiyi kimi də boş gedir dünya.
O DAĞLARA
Gözləyirəm vaxt gələcək
Gedəsiyəm o dağlara.
Yenə birgə qoşalaşıb
Çıxasıyam o dağlara.
Gələcəkdi yaxşı zaman,
Ürəyimdə qalıb güman.
Əcəl bircə versə aman,
Dönəsiyəm o dağlara.
Yaradana ümidliyəm,
Gündə məqam gözləyirəm.
Ayaq üstü at üstəyəm,
Köçəsiyəm o dağlara.
Hüt yaylağı qəribsəyib,
Bizi hər zaman gözləyib.
Əlövsətdən söz istəyib,
Deyəsiyəm o dağlara.
DAĞDADI
Hər səhər dururam ümid içində,
Fikirim, xəyalım elə dağdadı.
Dedilər köçməyin kənddən köçəndə,
Bələn tər çiçəyə, gülə dağdadı.
Gözünlə baxasan gözlərin doymaz,
Yayında, qışında qar əskik olmaz.
Gözəlliyi görən gəzər, yorulmaz,
Kərəmsiz qayıtmır lələ, dağdadı.
Əlövsət, xəyallar yaylağa getdi,
Atlandı "Kəhərə", bulağa getdi.
İlk dəfə gördüyü oylağa getdi,
Sevdiyin axtardı görə dağdadı?!
GƏZƏYDİM SİZİ
Başlıbel seyidlər yurdu, məkanı,
Xallanlı kəndində yaşayan kəslər,
Şahkərəmin turş suyunda oturub,
Çovdar təbiətin möcüzəsiydi,
GƏLİM
Könlüm istər görmək üçün vətəni,
GƏLƏYDİM
Çovdardan bir ata minib yallama,
Başlıbelə çapa-çapa gələydim.
Deyəydilər bu toy büsat burdadı,
Qapıdakı toy mağara gələydim.
Mənim-sənin bilməz idim heç kimi,
Yaxın-uzaq seçməz idim heç kimi,
Qəm-qüssəli görməz idim heç kimi,
Kaş yenə də o ünvana gələydim.
Təbiətin cənnətiydi dağlarım,
Xoşbəxtliyin zirvəsiydi vaxtlarım.
O qədər şən nəğməliydi baharım,
"Tərəkəmə" oynamağa gələydim.
Əlövsətə çətin gəlir şəhərdə,
Yaz gələndə lap qalıram qəhərdə,
El-obalı, qardaş-bacı bir yerdə,
Halınızı soruşmağa gələydim.
TALAN KƏLBƏCƏR
Mənim həyatımdı, mənim varlığım,
Düşmən tapdağında qalan Kəlbəcər.
On ildi gözümüz yollarda qalıb,
Vədlərdə olubdu yalan Kəlbəcər.
Şahlara heç zaman əyilməz olan,
Dağları vüqarlı, əl çatmaz olan.
Oğlu da, qızı da həm qorxmaz olan,
Ev-eşiyin oldu talan, Kəlbəcər.
Özünə qalsaydı məğlub olmazdı,
Heç kimə torpağı əsir qoymazdı.
Xalqı başbilənlər allatmasaydı,
Verməzdi yağıya aman Kəlbəcər.
Qayası bir səngər olan torpağı,
Qoymazdı yaxına gəlsin bir yağı.
Əlövsət, inşallah lap Qarabağı,
Alarıq göstərər zaman, Kəlbəcər.
GÖZLƏRİM
Könlüm elə kövrək olub dindirmə,
Əlli yerdən yaş tökəcək gözlərim.
On ildir ki, vətənini görəmmir,
Belə getsə nə edəcəkgözlərim.
Hamı gözləyir ki, qurtarar dava,
"Dağılar buludlar, açılar hava"
Yenə yol gedərik üzü Murova,
Sona kimi gözləyəcək gözlərim.
Dümüşəm elimdən, obamdan uzaq,
Vətəndə vətənə olmuşam qonaq.
Sülh bağlana, el-obaya qayıdaq,
Görün necə sevinəcək gğzlərim.
Müharibə yara vurub qəlbimə.
Əlövsətəm, çarə tapın dərdimə.
Hansı günü qayıdacam kəndimə,
O torpağa su səpəcək gözlərim.
ANA
Sən məni həyata gətirdin özün,
Mən səni yaşada bilmədim, Ana!
Yüz cürə əziyyət çəkdin mənimçün,
Mənə heç əziyyət vermədin, Ana!
Ha istədim sənin nazını çəkim,
Çatmazdı heç buna mənim cürətim.
Çəkdin ev-eşiyin, yurdun həsrətin,
Heç kimə dərdini demədin, Ana!
Gözlədin sülh olar, dönnük vətənə,
Heyf ki, bu sülh də düşüb düyünə.
Əlövsətin imkan keçsə əlinə,
Aparar, vətəni görərdin, Ana!
OXU "LAÇINIM"
Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünya Laçın deyib səsləsin eli.
Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünyada düşmənin kəsilsin dili.
Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünya müsəlmanı dinləsin səni.
Sən elə oxu ki, qonşu rayonlar,
Kəlbəcər, Zəngilan eşitsin səni.
Oxu, Qubadlını haraya çağır,
Gəlsin köməyinə Şuşa, Cəbrayıl.
Hamı o səsinə olsunlar mayıl,
Xocalı, Əsgəran eşitsin səni.
Fizuli, Ağdam da eşidib gəlsin,
Yeri göylə birləşdirsin qoy səsin.
Düşməni yandırsın, yaxsın, göynətsin.
Laçın toylarında eşitsin səni.
Çıx ki, Cıdır düzə el səni görsün,
Xan əmi səsinə bir fikir versin.
Kəlbəcərdən Əlövsət sağ ol desin.
Yer üzü dinməsin eşitsin səni.
Əlövsət Misiroğlu
Dalidag.az
Tanrının mükəmməl əsəri Kəlbəcərin söz dünyasına əta etdiyi onlarca imzalar var ki, cismani yoxluğundan sonra da sözü ilə yaşayır. O mübarək yurdun dəyərli oğlu Əlövsət Misiroğlu da o kəslərdəndir ki, tanıyanların yaddaşında sözü və xoş əməlləri ilə iz buraxıb. Bu gün doğum günüdür Əlövsət müəllimin. Onsuz keçən 8-ci doğum günü. Yaşasaydı 73 yaşı olacaqdı. Üzü yurda sıralanan karvana qoşulacaqdı. Dönəcəkdi həsrətindən dərd tapdığı Kəlbəcərinə. Ruhu didərgin şairə qismət olmadı bu günləri görmək. Ruhunun rahatlıq tapdığına isə yurdunda yanan işıqlar əminlik yaradır.
Əlöysət Misir oğlu Əmrahov (Əlövsət Misiroğlu) 1950-ci il may ayının 27-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1957-1961-ci illərdə doğulduğu kənddə lk ibtidai təhsil alıb. 1961-1968-ci illərdə qonşu Başlıbel kənd orta məktəbində təhsilini davam etdirib. İş fəalliyətinə 1975-ci ildə Nəqliyyat Nazirliyinin Kəlbəcər rayon Avtobazasında başlayıb. Sonralar Bakıda ayrı-ayrı sahələrdə müxtəlif vəzifələrdə çalışıb.
Əlövsət Misiroğlu 2015-ci il yanvar ayının 22-də vəfat edib.
Ruhu şad olsun!
Sevinc QƏRİB
BOŞ GEDİR DÜNYA
Nə üçün yaranmış, nə edir dünya.
Haraya baxıram fəlakət, qırğın,
Özü yatratdığın qərq edir dünya.
Sellər insanları çırpır daşlara.
Bu mavi ekrandan baxıram hara,
İnsan əməyini məhv edir dünya.
Uçurur, dağıdır vəlvələsiylə.
Min cürə dərd verir titrəməsiylə,
Sağalmaz xəstəlik bəş edir dünya.
Yenə də yer üstün sular alacaq.
Əlövsət, insansız özü qalacaq,
Gəldiyi kimi də boş gedir dünya.
Gedəsiyəm o dağlara.
Yenə birgə qoşalaşıb
Çıxasıyam o dağlara.
Ürəyimdə qalıb güman.
Əcəl bircə versə aman,
Dönəsiyəm o dağlara.
Gündə məqam gözləyirəm.
Ayaq üstü at üstəyəm,
Köçəsiyəm o dağlara.
Bizi hər zaman gözləyib.
Əlövsətdən söz istəyib,
Deyəsiyəm o dağlara.
Hər səhər dururam ümid içində,
Fikirim, xəyalım elə dağdadı.
Dedilər köçməyin kənddən köçəndə,
Bələn tər çiçəyə, gülə dağdadı.
Gözünlə baxasan gözlərin doymaz,
Yayında, qışında qar əskik olmaz.
Gözəlliyi görən gəzər, yorulmaz,
Kərəmsiz qayıtmır lələ, dağdadı.
Atlandı "Kəhərə", bulağa getdi.
İlk dəfə gördüyü oylağa getdi,
Sevdiyin axtardı görə dağdadı?!
GƏZƏYDİM SİZİ
Başlıbel, Xallanlı, Şahkərəm, Çovdar,
Yallama at minib gəzəydim sizi.
Ey cənnət məkanlar, ey gözəl dağlar,
Kaş geri qayıdıb görəydim sizi.
Qonaqpərvər ağsaqqalı, cavanı.
Qonaq edər nəyə olsa gümanı,
Dünyaya nümunə verəydim sizi.
Dünyanı dolanıb gəzib gələrlər.
Hər bir işdə alış-veriş edərlər,
Dağlarda alverə çəkəydim sizi.
Göy çəməndə çəmən süfrə saldırıb.
Kabab çəkib, badələri qaldırıb
Su içməyə dəvət edəydim sizi.
Min cürə gül-çiçək xəzinəsiydi.
Əlövsət bu kəndin öz körpəsiydi
Bircə yol bağrıma basaydım sizi.
GƏLİM
Gedib Kəlbəcəri dolanım gəlim.
Çatım Boyaxlıya, yorulum yolda,
Özüm dizin-dizin sürünüm gəlim.
Tərtər öz səsiylə eyləsin nalə,
Qayıdım vətənə, torpağa, elə.
Dağılmış, talanmış uçuq evlərə,
Başına yüz dəfə dolanım gəlim.
Sinəmdən getməyir vətən yanğısı,
Bu dərd xalqımıza alın yazısı.
Əlövsətəm bu qəlbimin ağrısı,
Bütöv Qarabağı qaytarım gəlim.
GƏLƏYDİM
Başlıbelə çapa-çapa gələydim.
Deyəydilər bu toy büsat burdadı,
Qapıdakı toy mağara gələydim.
Yaxın-uzaq seçməz idim heç kimi,
Qəm-qüssəli görməz idim heç kimi,
Kaş yenə də o ünvana gələydim.
Xoşbəxtliyin zirvəsiydi vaxtlarım.
O qədər şən nəğməliydi baharım,
"Tərəkəmə" oynamağa gələydim.
Yaz gələndə lap qalıram qəhərdə,
El-obalı, qardaş-bacı bir yerdə,
Halınızı soruşmağa gələydim.
Düşmən tapdağında qalan Kəlbəcər.
On ildi gözümüz yollarda qalıb,
Vədlərdə olubdu yalan Kəlbəcər.
Dağları vüqarlı, əl çatmaz olan.
Oğlu da, qızı da həm qorxmaz olan,
Ev-eşiyin oldu talan, Kəlbəcər.
Heç kimə torpağı əsir qoymazdı.
Xalqı başbilənlər allatmasaydı,
Verməzdi yağıya aman Kəlbəcər.
Qoymazdı yaxına gəlsin bir yağı.
Əlövsət, inşallah lap Qarabağı,
Alarıq göstərər zaman, Kəlbəcər.
Əlli yerdən yaş tökəcək gözlərim.
On ildir ki, vətənini görəmmir,
Belə getsə nə edəcəkgözlərim.
"Dağılar buludlar, açılar hava"
Yenə yol gedərik üzü Murova,
Sona kimi gözləyəcək gözlərim.
Vətəndə vətənə olmuşam qonaq.
Sülh bağlana, el-obaya qayıdaq,
Görün necə sevinəcək gğzlərim.
Əlövsətəm, çarə tapın dərdimə.
Hansı günü qayıdacam kəndimə,
O torpağa su səpəcək gözlərim.
Mən səni yaşada bilmədim, Ana!
Yüz cürə əziyyət çəkdin mənimçün,
Mənə heç əziyyət vermədin, Ana!
Çatmazdı heç buna mənim cürətim.
Çəkdin ev-eşiyin, yurdun həsrətin,
Heç kimə dərdini demədin, Ana!
Heyf ki, bu sülh də düşüb düyünə.
Əlövsətin imkan keçsə əlinə,
Aparar, vətəni görərdin, Ana!
Dünya Laçın deyib səsləsin eli.
Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünyada düşmənin kəsilsin dili.
Dünya müsəlmanı dinləsin səni.
Sən elə oxu ki, qonşu rayonlar,
Kəlbəcər, Zəngilan eşitsin səni.
Gəlsin köməyinə Şuşa, Cəbrayıl.
Hamı o səsinə olsunlar mayıl,
Xocalı, Əsgəran eşitsin səni.
Yeri göylə birləşdirsin qoy səsin.
Düşməni yandırsın, yaxsın, göynətsin.
Laçın toylarında eşitsin səni.
Xan əmi səsinə bir fikir versin.
Kəlbəcərdən Əlövsət sağ ol desin.
Yer üzü dinməsin eşitsin səni.
Əlövsət Misiroğlu
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 27-05-2023 16:01
Baxış sayı: 3782
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23
15-11-2024 10:41