Reklam
"Dağlar qaldı Kəlbəcərdə, dağlar bizim dağlar deyil..."- Cavid Qurbanov
19-09-2020 12:20
Bu gün kökdən gələn keyfiyyət və mənəvi dəyərləri özündə cəmləmiş, əsrlərdi məhəbbətlə anılan, mədəniyyətimizə və ədəbiyyatımıza gözəl töhfələr vermiş Ağdabanlı şair Qurbanın, saz- söz sənətinin parlaq günəşi, halallıq rəmzi, saflıq mücəssəməsi Dədə Şəmşirin ocağından köz götürmüş, dəyərli ziyalı Qənbər Şəmşiroğlu tərbiyəsi almış Cavid Qurbanovun doğum günüdür.
Qeyd edək ki, Cavid Qurbanov 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışıb. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb. 1980-1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1987-1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor, 1993-1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləyib. 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışıb. 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutmuşdur. Texniki elmləri namizədidir.
123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.
12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.
18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
Cavid Qurbanov eyni zamanda bədii yaradıcılıqla da məşğuldur.
Dalidag.az doğum günü münasibətilə gözəl şeirlər müəllifi Cavid Qurbanovu ürəkdən təbrik edir, ona can sağlığı və işlərində uğurlar arzulayır. İnşallah Kəlbəcərdə Qələbə şeirini yazması diləyilə:
DAĞLAR BİZİM DAĞLAR DEYİL
Zirvəsi var, qarı da var,
Dağlar bizim dağlar deyil.
Yurd düşənin yurdu da var,
Dağlar bizim dağlar deyil.
Bu dağların eli başqa,
Çəmən, çiçək, gülü başqa,
Bu dağların dili başqa,
Dağlar bizim dağlar deyil.
Biz yolçuyuq, omur yoldu,
Cavanlığım orda qaldı.
Gec anladım, gözum doldu,
Dağlar bizim dağlar deyil.
Ömur keçir pərdə-pərdə,
Həsrət bizi saldı dərdə.
Dağlar qaldı Kəlbəcərdə,
Dağlar bizim dağlar deyil.
BİR ÜRƏK İSTƏYİRƏM
Bir ürək istəyirəm -
zirvələrdən çəkilib
ətəklərə enməsin.
Bir ürək istəyirəm, -
əhdinə sadiq qalsın,
sədaqətdən dönməsin.
Bir ürək istəyirəm, -
Hər soyuqdan qorxmasın.
Hər alov bu ürəyi
Yandırmasın, yaxmasın.
Bir ürək istəyirəm -
oduna, alovuna
El-obası qızınsın.
Bir ürək istəyirəm -
axsa, tökülsə qanı
Yerdə "Vətən" yazılsın!
Bir ürək istəyirəm -
güllərdən ilham alsın.
Buzu, qarı əridib
qış günü bağça salsın.
Bir ürək istəyirəm -
Sevinməsin gərəksiz;
Köməksizə əl tutsun -
Çörək dərdi çəkənlər
Heç qalmasın çörəksiz.
Bir ürək istəyirəm -
xalqına gərək olsun.
Bir ürək istəyirəm -
Belə bir ürək olsun!
ÖMÜR PİLLƏ-PİLLƏDİR
Gözlərimdən damla düşdü,
Yandırdımı yeri görən?!
Ömür də damla kimidir -
Qayıdarmı geri görən?!
Bizim alın yazımızdır
Bu həyatın hər nəyi var.
Ömür bənzər pillələrə -
Çıxmağı var, düşməyi var.
Kimin ağlı yerindəsə
Öz ömrünü başa düşər.
Kimin bəxti yeyin olsa Z
əri yekdən şeşə düşər.
Pillələri addım-addım
Qalxanda biz, düşəndə biz,
Gah güldürür, gah ağladır -
Fərəhimiz, kədərimiz.
Əyri olan bu dünyada
Çətin imiş düz yaşamaq...
Ağrı-acı yeyə-yeyə
Nəyə lazım yüz yaşamaq.
Əyri olan bu dünyada
Rəbbim, mənə düzlüyü ver.
Ürəkləri oxumağa
Bir bəsirət gözlüyü ver.
Ruhumdadır, Allah, eşqin,
Sənə fəda bir canım var.
Pillələri çıxdım, düşdüm,
Üzü sənə şükranım var.
FƏLƏK
Sevgilimin vüsalına
Məni həsrət qoyan fələk.
Sən nə yaman qan edirsən,
Bircə anlıq dayan, fələk!
İtirmisən haqqı-sayi,
Bir bilmisən qışı, yayı.
Gedənlərin yoxdu sayı,
Cavanlara qıyan fələk!
Uçurumlar düzəldən - sən,
Yapışmazsan düz əldən sən.
Naxələfsən əzəldən sən,
Belə tutub mayan, fələk!
Ürəyimin çoxdu qəmi,
Qırıldı qəlbimin simi.
Bu Cavidin özü kimi
Alış, odlan, bir yan, fələk!
ÖTƏRİ DÜNYA
Açdım pəncərəmi, baxdım səmaya,
Havadan payızın nəfəsi gəlir.
Gözəl olsalar da vəfasız olan
Köçəri quşların nəğməsi gəlir.
Həyəcan içində, təlaş içində
Çiçəklər payızdan qışa baxırlar,
Yoxsa bilirlər ki, dünya fanidir,
Yoxsa bilirlər ki, əvvəl-axır var...
Dünya oyunçudur - fiqurları biz;
Kimisi yıxılır, kimisi durur.
Kiməsə xoşbəxtlik açarı verir,
Kiməsə hörümşək torunu qurur.
Açdım pəncərəmi son bahara mən,
Havadan payızın qoxusu gəlir.
Ömür də belədir - cavanlıq gedir,
Qarşıdan qocalıq qorxusu gəlir.
Ömrümüz-günümüz durna qatarı,
Dağıtma bu qərib qatarı, dünya.
Gəlimli, gedimli dedilər sənə -
Vəfan ötəridir, ötəri dünya.
PAYIZ GƏLDİ
Payız - təbiətin sarışın qızı,
Gətirib gəlmisən bərəkət, ruzi.
Havan gah mülayim, gah da ki, soyuq,
Qarşıdan qış gəlir - salırsan duyuq.
Solan yarpaqları ovundurursan,
Yaşıl ağacları soyundurursan.
Yarpaq xəzəl olub hey xışıldayır,
Ağacdan ayrılıb qəm pıçıldayır.
Ana təbiətin dərdi gör nədir?!
Ayrılıq həmişə qəlbi göynədir...
Yenə ümid qalır yalnız Allaha,
Baharı gətirən nurlu sabaha.
Hər canlı yaşayır öz arzusuyla,
Yaşayaq payızda yaz arzusuyla.
SEVGİLİM
Dəyişib fəsillər yerini sanki -
Yetişmir bağların barı, sevgilim.
Sənsiz xəyalımı duman alıbdı,
Ərimir dağların qarı, sevgilim.
Sənli günlərimi varaqlayıram,
Ötən xoşbəxtliyi soraqlayıram,
Sənsiz için-için hey ağlayıram,
Sozalıb gözümün nuru, sevgilim.
Bəxtimin baharı qış olub getdi,
Sevincim qanadlı quş olub getdi,
Sankı ulduzlara qoşulub getdi
Ömrümün sən adlı varı, sevgilim.
Cavid Qurbanov
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 19-09-2020 12:20
Baxış sayı: 41 530
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23