Reklam
Bu gecə də mövqelərimiz atəşə tutuldu
23-01-2020 09:30
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Acarlı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 23-01-2020 09:30
Baxış sayı: 3722Yazı axını
29 / 09 / 2026
29 / 09 / 2026
29 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
28 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
27 / 09 / 2026
26 / 09 / 2026
25 / 09 / 2026
24 / 09 / 2026
22 / 09 / 2026
22 / 09 / 2026
21 / 09 / 2026
20 / 09 / 2026
Ən çox oxunanlar



























