Reklam
“Qarabağda küçələrdən birinə öldürülən erməninin adını vermək olar” – Deputatdan təklif
05-10-2023 16:36
Georgi Vanyan
“21 sentyabr gününü yəqin xatırlayırsınız. Azərbaycan prezidenti, qələbəmizin memarı cənab İlham Əliyev uzaqgörən bir siyasətçi olduğunu bir daha ortaya qoydu”.
Dalidag.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, prezident çıxışında xüsusi olaraq vurğuladı ki, heç vaxt erməni xalqını ittiham etmədik, bu xalqı fəlakətə sürükləyən və bizim xalqa qarşı vəhşiliklər törətmiş erməni terrorçularını, separatçılarını, onları himayə edən xarici qüvvələri ittiham etmişik:
“Bu gün də gördüyümüz kimi, terrorçuları, separatçıları həbs edirik, cəzalandırmağa hazırlaşırıq, ancaq Qarabağda yaşamış erməni xalqına yaşamaq üçün hər cür hüquqi təminat verdiyimizi bildiririk. Bizə qarşı Avropanın, ABŞ-ın və başqa erməni himayədarlarının pis niyyətli istifadəsi üçün heç bir hüquqi əsas verməmişik. Əlbəttə, hansısa siyasi xarakterli müzakirələri və ya qərarları əleyhimizə yönəltməyə çalışırlar, ancaq bunun hüquqi zəmini olmadığına görə ortaya ciddi bir arqument qoya bilmirlər. Pərişan durumda olan ermənilərə keçici təsəllidən başqa bir işə yaramayacaq belə addımların ciddi təsir gücü də olmayacaq. Demək ki, bu ağıllı siyasəti davam etdirməliyik”.
Deputat bildirib ki, madam separatçılarla, terrorçularla mübarizə aparırıq, onları cəzalandırırq, o halda sülhsevər, işğala qarşı çıxan, separatizmi lənətləyən bir və ya bir neçə erməni obrazını rəsmi səviyyədə diqqət mərkəzinə çəkmək diplomatiyamız üçün faydalı material olardı:
“Xatırlayırsınızsa, Ermənistanda bir ictimai xadim vardı: Georgi Vanyan (1963-2021). Onu xeyli əziyyətlər verərək COVİD-19 pandemiyası dövründə Tiflisdə müalicə aldığı xəstəxanada müəmmalı şəkildə öldürdülər. Hökumət və cəmiyyət səviyyəsində çox əziyyətlər verdilər. Səbəb bu idi ki, adam Ermənistanı işğalçı dövlət, Qarabağdakı addımları da separatçılıq kimi qiymətləndirir və oradakı terrorçu xuntaya qarşı açıq bəyanatlar verirdi. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, iki xalq arasında müharibənin öz millətindən olan səbəbkarlarını ittiham edirdi. Əslində ermənilərin içində bəlkə də ən uzaqgörən adam sayıla bilərdi. Erməni mühitində bu cür cəsur fikirləri açıq şəkildə duyurmaq böyük bir cəsarət tələb edən bir xarakterdən xəbər verir. İndi biz Georgi Vanyan adını ermənilərin içində sülh tərəfdarı bir obraz kimi təbliğ etsək, qalib dövlət və millət kimi beynəlxalq arenada yaxşı bir imic əldə etməklə yanaşı, digər ermənilərin də barışcıl məcraya yönəlməsinə az da olsa təsir göstərə bilərik. Yəni “erməninin terrorçusunu lənətləyir, sülhsevərini alqışlayırıq” formasında bir imic yaratmaqdan söhbət gedir”.
Fazil Mustafa daha sonra olduqca maraqlı təklif verib:
“Fikrimcə, azad olunmuş ərazilərdə ermənilərin yaşamağa davam edəcəyi hansısa küçəyə Georgi Vanyanın (sülhpərvər aktivist – red.) adını da vermək mümkündür. Təbii ki, ağıllı həmvətənlərimiz nə demək istədiyimizi anlayacaqlar. Şəbəkə vətənşüvənlərinin isə bu mövzuda da axmaqlığa davam etmə haqqı əzəldən bəri mövcuddur. Baxın, bir Taras Şevçenko adı olsun, bir Puşkin adı olsun -bir neçə başqa millətlərin dəyərlərini ehtiva edən adların qabardılması bizdən elə də bir şey aparmaz, lakin siyasət olaraq faydamıza istifadə edilə biləcək məqamlar ortaya qoyar”.
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 05-10-2023 16:36
Baxış sayı: 3464
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23