Reklam
Tanımadığı şəxsin gediş haqqını verdi, milyoner oldu
12-01-2020 11:37

Rusiyanın Altay vilayətində uşaqlı qadının yol pulunu verən məktəbli oğlan milyoner olub.
RİA Novosti agentliyi xəbər verir ki, Kamen-na-Obi şəhərində bloqer Nataliya Mişina uşağı ilə avtobusa minib.
Avtobusda uşaq dəcəllik edib və gediş haqqını ödəmək qadının yadından çıxıb. Daha sonra o, pulun başqa bir sərnişin tərəfindən ödənildiyini öyrənib.
Məlum olub ki, bu jesti edən şəxs anası ilə yaşayan yeddinci sinif şagirdidir.
Uşaq bu xoşməramlı addımı ailəsindən insanların bir-birinə kömək etməsi lazım olduğunu öyrəndiyi üçün elədiyini deyib.
Bloqer bildirib ki, məktəblinin atası yoxdur, anası onu tək böyüdür. O, rəsm çəkməyi sevir, amma Rəssamlıq məktəbində oxumağa maddi imkanı çatmır.
Nataliya Mişina uşağın maddi ehtiyaclarının ödənilməsinə kömək məqsədilə "Instagram" hesabında pul toplanması üçün elan yerləşdirib. Bu məqsədlə iki min adamın iştirakı ilə 1,5 milyon rubl (41,550 AZN) pul yığılıb.
Uşağın anası bildirib ki, o, bu pulla oğluna mənzil alacaq.
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 12-01-2020 11:37
Baxış sayı: 4746Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























