Reklam
Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı: "Söz azadlığından sui-istifadə edən..."
10-01-2020 17:16
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb. Dalidag.az xəbər verir ki, məlumatda deyilir:
Özünü internet və sosial media nümayəndəsi kimi təqdim edən bir neçə şəxs yanvarın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəbul otağında videoçəkilişlər apararaq, burada olan vətəndaşları danışdırıb, onların müraciətlərini qeydə alıblar. Bu zaman Dövlət Komitəsinin Mətbuat xidmətinin səlahiyyətli nümayəndəsi vətəndaşların qaldırdıqları məsələlərlə əlaqədar müvafiq açıqlama verib. Lakin sonradan videoçəkilişlər həmin açıqlamalar olmadan sosial şəbəkələrdə və internet resurslarında yayımlanıb.
Bununla əlaqədar olaraq bildirirk ki, sözügedən tarixdə şikayətçi kimi danışan vətəndaşlardan biri - Ağdam rayonundan məcburi köçkün Şərqiyyə Rəhimova oğlu Anar Rəhimovun Şirvan şəhərində yeni mənzillə təmin olunmaması barədə narazılıq edib. Dövlət Komitəsində aparılmış araşdırma nəticəsində məlum olub ki, Şirvan şəhərində Şərqiyyə Rəhimova məxsus, onun şəxsi mülkiyyətində olan yaşayış sahəsi mövcuddur, oğlu da həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yeni yaşayış sahəsi verilmir. Məhz bu normativ qayda əsas götürülərək, Anar Rəhimova Şirvan şəhərində yeni inşa olunmuş məhəllədə mənzil verilməyib.
Bundan başqa, məcburi köçkünlərin videoçəkilişlər zamanı qaldırdıqları digər məsələlərlə bağlı da onlara geniş izahat verilib.
Ölkəmizdəki mətbuat və söz azadlığından sui-istifadə edən internet-media təmsilçilərinin vətəndaşların müraciətlərinə subyektiv yanaşmasından, qərəzsiz və obyektiv araşdırma aparmamasından, Dövlət Komitəsinin açıqlamalarına hazırladıqları videomaterialda yer verməməsində təəssüfləndiyimizi bildirir, onlara media fəaliyyətinin etik normalarına əməl etməyi tövsiyə edirik.
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 10-01-2020 17:16
Baxış sayı: 3593Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























