
Reklam
"Müəllimləri sertifikatlaşmadan keçirmək yox, təkminləşdirməyə göndərmək lazımdır" - Şahlar Əsgərov
15-07-2022 19:35

Sertifikatlaşmanın fəlsəfəsi
Hesab edirəm ki, hər bir nazirlik, o cümlədən də təhsil nazirliyi öz əməkdaşlarının peşəkarlığına şübhə ilə baxmamalıdır. El misalında deyildiyi kimi "su qaba doldu, oldu içməli". Əksinə, onları himayə etməli, inkişaflarina qayğı göstərməlidir. Müdafiə nazirliyi öz əsgər və zabitlərinin arxasında möhkəm durmasaydı və əsgərlər buna əmin olmasaydılar, sərt qaya üzərində yerləşən Şuşanı düşməndən azad etmək çətin olardı. Müəllimlərin zəif cəhətləri üzə çıxdıqca onları sertifikatlaşmadan keçirmək yox, bir neçə aylıq təkminləşdirməyə göndərmək lazımdır. Bunun üçün müəmmalı şəkildə ləğv edilmiş təkminləşmə institutlarını yenidən bərpa olunmalıdır. Görünən odur ki, sertifikatlaşmanın ədalətinə hələ inam azdır. Əgər sertifikatlaşmanı aparmaq zəruridirsə, onda onu inzibati yolla yox, liberal yolla aparmaq lazımdır. Proses elə təşkil olunmalıdır ki, onun aktiv tərəfi müəllimlər olsunlar, nazirlik olmasın. Baş verənlərin səbəbini başa düşməyə cəhd edək. Çox inkişaf etmiş ölkələrdə 2 ilə 2-nin cəmi 4 bərabərdir və nöqtə! İnkişaf etməkdə olan olkələrdə də 2+20-də 4 bərabərdir, ancaq fərq bundadır ki, yaddaşda nə isə (?) saxlanılır. Birinci və ikinci dünya dövlətləri arasında düşüncə fərq bu qədərdir. Nəzərə alaq ki, irəli gedə bilək.
Kateqoriya: Karusel / Sosium
Tarix: 15-07-2022 19:35
Baxış sayı: 3508Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























