Reklam

Qeyri-adi bacarığı ilə Eynşteyni heyrətləndirən, Stalinin "dostu" Messinq
01-11-2019 10:00

Və Volf bunu istədiyi an edə bilərdi. Beləliklə Messinqin “səhnə” fəaliyyəti başlayır. O sirklərdə “meyit” rolunu oynayırdı. O böyük kütlə qarşısında öz ölümünü, sonradan isə dirilməsini nümayiş etdirirdi. Zamanla o başa düşür ki, başqa insanların fikirlərini eşitməyi bacarır. O öz çıxışları ilə Avropa və Cənubi Amerikanı gəzmişdi.
Stalin Messinqə etibar etməyə və onunla işləməyə başlamamışdan öncə onu sınamaq qərarına gəlir. Messinqə Dövlət bankına getmək və hər hansı bir sənəd olmadan iri həcmli bir məbləği əldə etməsi tapşırılır. Onu iki zabit də müşayiət edirdi. Volf öz cib dəftərçəsindən bir vərəq cırır və zabitlərə göstərir. Daha sonradan isə vərəqi kassirə verir. Kassir isə diqqətlə boş vərəqə baxır və ciddi şəkildə digər sənədlərin içərisinə qoyduqdan sonra Volf Messinqə 100 min rubl təqdim edir. Messinq zabitlərin yanına qayıdır və pulları onlara göstərir.
Lakin bu Stalini qane etmir. O Messinqə Kremldəki kabinetinə icazəsiz daxil olmağı tapşırır. Bununla yanaşı qapıdakı gözətçilərə ciddi şəkildə onu içəri buraxmamaq tapşırılır. Ekstrasens bu yeni tapşırığın öhdəsindən də asanlıqla gəlir. O tək içəri girməklə kifayətlənmir və içəri girdikdə Stalinə əli ilə salam da verir.
Messinq gənc olarkən Eynşteyn və Ziqmund Freyd ilə də görüşmüşdü. O öz bacarıqları ilə bu iki dahini də heytələndirmişdi.
Dalidag.az



Yazı axını
14 / 10 / 2025
13 / 10 / 2025
12 / 10 / 2025
11 / 10 / 2025
11 / 10 / 2025
10 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
08 / 10 / 2025
08 / 10 / 2025
07 / 10 / 2025
07 / 10 / 2025
06 / 10 / 2025
05 / 10 / 2025
05 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
02 / 10 / 2025
01 / 10 / 2025
01 / 10 / 2025
30 / 09 / 2025
Ən çox oxunanlar