Reklam
X
03-11-2026 14:21
Elə uğurlar var ki, birbaşa müəllifi olsa belə, onları bir fərdin uğuru kimi dəyərləndirmək olmur. Qazanılan uğur geniş miqyas daşıyırsa, demək, o yalnız müəllifinin yox, bütöv bir cəmiyyətin uğuru sayıla bilər.
Bu baxımdan Kəlbəcərli şair Nəsib Nəbioğlunun “Xarıbülbül” şeirinin VII sinif ədəbiyyat dərsliyinə daxil edilməsi təkcə təhsil və ədəbiyyat sahəsində əlamətdar hadisə deyil. Bu uğurlu addım həm də ona görə böyük əhəmiyyət daşıyır ki, milli-mənəvi dəyərlərimizin yaşadılması amalına hesablanıb və gənc nəslə Vətən sevgisinin aşılanmasına xidmət edir. Bu, eyni zamanda, şairin yaradıcılığına verilən dəyərin, onun poetik düşüncəsinin və Vətən mövzusuna həssas münasibətinin təqdir olunmasının göstəricisidir.
Xarıbülbül artıq sadəcə Şuşanın dağlarında bitən nadir və ecazkar bir çiçək deyil. O, Qarabağın, Şuşanın, milli qürurumuzun, azadlıq arzumuzun və xalqımızın sarsılmaz iradəsinin rəmzinə çevrilib. Bu zərif çiçəyin taleyində bir xalqın ağrıları, həsrəti, mübarizəsi və nəhayət, Zəfər sevinci öz əksini tapıb. Xarıbülbülün hər ləçəyində Vətən torpağının ətri, hər açılışında azadlığın nəfəsi, hər obrazında isə Qarabağ sevgisinin sonsuzluğu duyulur.
Müəllifin Vətən sevgisini, torpağa bağlılıq hisslərini ustalıqla yansıtdığı, mənəvi yüklü bu şeirin məktəb dərsliyində yer alması olduqca təqdirəlayiqdir. Çünki ədəbiyyat yalnız bədii söz sənəti deyil, həm də milli yaddaşın qoruyucusu, tarixi həqiqətlərin gələcək nəsillərə ötürücüsü və mənəvi tərbiyənin mühüm vasitəsidir.
Şagirdlərin məhz milli kimliklərini dərk etməyə başladıqları bir yaşda Xarıbülbülü tanıması və onun simvolik mənasını anlaması əhəmiyyətli olduğu qədər vacib nüansdır.
Qarabağın tarixi və mənəvi dəyərlərini poetik söz vasitəsilə mənimsəməsi onların dünyagörüşünün formalaşmasına, Vətənə bağlılıq hisslərinin möhkəmlənməsinə təsir edən başlıca amillərdəndir. Bu baxımdan, Nəsib Nəbioğlunun şeirinin dərslikdə yer alması həm ədəbi, həm də tərbiyəvi əhəmiyyət daşıyan mühüm addımdır.həmişə Azərbaycana
Qismətinə Moskvada yaşayıb yaratmaq düşən Nəsib Nəbioğlu ruhən həmişə Vətəninə, möcüzə yurdu Kəlbəcərə bağlı olub. Qürbət onun Vətən sevgisinə, yurd həsrətinə, torpağa bağlılıq hissinə, milli kimliyinə sədd çəkə bilməyib. Biz bunu Nəsib Nəbioğlunun yaradıcılığında aydın görə bilirik.
______________________________________
yurd həsrətini, milli kimliyə bağlılığı və torpaq sevgisini yaşadan şairlərimizdəndir. Onun “Xarıbülbül” şeirində də bu duyğuların səmimi və təsirli poetik ifadəsini görürük. Bir zamanlar doğma yurdundan ayrı düşmüş, Kəlbəcərin, Qarabağın ağrı-acısını ürəyində daşımış bir insanın Vətənə olan sevgisi, azadlığa qovuşan torpaqlarımızın sevincini yaşaması bu əsərin mənəvi ruhunu daha da zənginləşdirir.
Bu gün Qarabağımızın, Şuşamızın azad səmasında dalğalanan üçrəngli bayrağımız, doğma torpaqlarımızda yenidən canlanan həyat, Şuşa dağlarında açan xarıbülbüllər xalqımızın qürur və Zəfər tarixinin canlı ifadəsidir. Şairin poetik duyğuları da məhz bu tarixi gerçəkliklə, Vətənimizin azadlığına qovuşmasının yaratdığı mənəvi coşqu ilə səsləşir.
Əminəm ki, “Xarıbülbül” şeiri dərslikdə yer almaqla şagirdlərin yaddaşında yalnız bədii bir əsər kimi deyil, həm də Vətənə sevginin, milli qürurun, doğma torpağa sədaqətin nümunəsi kimi yaşayacaq. Çünki Vətən sevgisi uşaqların qəlbinə yalnız tarix dərsləri ilə deyil, həm də belə duyğulu, mənalı və ruhu milli olan əsərlərlə aşılanır.
Nəsib Nəbioğlunun “Xarıbülbül” şeirinin VII sinif ədəbiyyat dərsliyinə daxil edilməsini şairin yaradıcılığına verilən yüksək qiymət, milli ədəbiyyatımızın təbliği və gələcək nəsillərin mənəvi tərbiyəsi baxımından əlamətdar hadisə hesab edir, müəllifi bu uğur münasibətilə ürəkdən təbrik edirəm.
Qoy Şuşanın dağlarında xarıbülbüllər daim açsın, Qarabağın azadlıq nəğməsi nəsillərdən-nəsillərə ötürülsün, Vətən sevgisi gənclərimizin qəlbində hər zaman yaşasın və böyüsün!

Kateqoriya: ---
Tarix: 03-11-2026 14:21
Baxış sayı: 6Yazı axını
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
03 / 11 / 2026
02 / 11 / 2026
02 / 11 / 2026
01 / 11 / 2026
31 / 10 / 2026
30 / 10 / 2026
30 / 10 / 2026
29 / 10 / 2026
28 / 10 / 2026
27 / 10 / 2026
26 / 10 / 2026
25 / 10 / 2026
25 / 10 / 2026
24 / 10 / 2026
23 / 10 / 2026
23 / 10 / 2026
21 / 10 / 2026
20 / 10 / 2026
Ən çox oxunanlar