Reklam

Kəlbəcər ədəbi mühitinin tanınmış nümayəndəsi Kərəm Kəlbəcərli bu gün vəfat edib. Dalidag.az xəbər verir ki, o, 1950-ci il mayın 2-də Kəlbəcər rayonunun Sarıdaş kəndində anadan olub. Kərəm Kəlbəcərlinin 2021-ci ildə “Ürəyində saxla məni” adlı şeirlər kitabı işıq üzü görüb. Allah rəhmət eləsin. Dalidag.az

Ağdamın işğaldan azad edilməsindən 6 il ötür. Dalidag.az bildirir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət

Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin, dövlət xadimlərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının bu gün növbəti ildönümüdür - faciədən 35 il ötür. Dalidag.az xatırladır ki, 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həlak olanların

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dalidag.az xəbər verir ki, bu gün Soltanlı kəndinə 16 ailə (80 nəfər), Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) köçür. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci

Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdan sakinlərin sosial və tibbi xidmətlərlə təminatı daim diqqət mərkəzində saxlanılır. Dalidag.az -ın xəbərinə görə, bu istiqamətdə Kəlbəcər şəhərində məskunlaşan sakinlərin sağlamlıq vəziyyətini qiymətləndirmək, xəstəlikləri erkən mərhələdə aşkar etmək və tibbi xidmətləri yerində göstərmək məqsədilə səyyar tibbi xidmət təşkil edilib. Səyyar tibbi xidmət Kəlbəcər Rayon Mərkəzi

Bakı-Şamaxı–Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsinə yaxın ərazidə 100 mm-lik OF-412 top mərmisi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra tapılan sursat zərərsizləşdirilmək üçün ərazidən götürülərək

Bu gün Kəlbəcər rayonu ərazisində yerləşən 2-ci Milli Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib. Dalidag.az xəbər verir ki, bu barədə "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC məlumat yayıb. Bildirilib ki, bununla da, işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 13-ə çatdırılıb. Qurum İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na və

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Sevinc Qəribin yeni şeirlər kitabı nəşr olunub. Dalidag.az xəbər verir ki, "Sonra..." adlı kitabda müəllifin əsasən yeni və seçmə şeirləri yer alıb. "Adiloğlu" nəşriyyatında çap olunan kitabın redaktoru AYB və AJB üzvü, şair Namiq Dəlidağlı, ön söz müəllifi ədəbiyyatşünas, yazıçı, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı İlahə Səfərzadədir. "Sonra..." şeirlər toplusu S.Qəribin

Bu g ün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Dalidag.az xəbər verir ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı - red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.

Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərdən biri müxtəlif sahələr üzrə işçi qəbulu elan edib. Dalidag.az xəbər verir ki, vakansiya üzrə yalnız Kəlbəcər rayonunun şəhər və kəndlərində qeydiyyatda olan şəxslər müraciət edə bilərlər. Fiziki əmək qabiliyyəti olan namizədlərə üstünlük veriləcək. İş şəraiti və təminatlar: * Əməkhaqqı: 800 AZN * İş qrafiki: 15 gün iş, 15 gün istirahət (ev) * Əlavə təminatlar: Qidalanma və yaşayış yeri şirkət tərəfindən qarşılanır. Müraciət qaydası: İşləmək
Yazı axını
25 / 11 / 2026
24 / 11 / 2026
23 / 11 / 2026
23 / 11 / 2026
22 / 11 / 2026
21 / 11 / 2026
20 / 11 / 2026
20 / 11 / 2026
19 / 11 / 2026
18 / 11 / 2026
17 / 11 / 2026
17 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
15 / 11 / 2026
14 / 11 / 2026
14 / 11 / 2026
12 / 11 / 2026
12 / 11 / 2026
Ən çox oxunanlar
26-11-2026 13:10


























