Atam Rza Zeynal oğlu Sadıqov 15 iyun 1929-cu ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ermənistanın hərbi təcavüzü nəticəsində 2 aprel 1993-cü il tarixdə ailəmiz məcburi köçkün düşərək Bakı şəhərində müvəqqəti məskunlaşmışdır. Avtomobil qəzası nəticəsində ciddi xəsarət almasına görə bir neçə il ağır tibbi əməliyyatlar keçirmiş, 10 fevral 2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu gün vəfatından 19 il ötür. Sənin üçün çox darıxıram ata! Anamla birlikdə bizi-böyük ailəmizi halal

Fevralın 10-də saat 09:30-da Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, 28 yaşlı Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib. Araşdırma aparılır.

Bu gün dəyərli həmyerlimiz, şair, publisist, istedadlı ədəbiyyatşünas alim İlham Məmmədlinin doğum günüdür. Halal söz adamı, dəyərli ziyalımız İlham Məmmədlini növbəti doğum günü münasibətilə təbrik edir, yaradıcılığında, pedaqoji fəaliyyətində və həyatında uğurlar diləyirik. Qeyd edək ki, İlham Müseyib oğlu Məmmədli 9 fevral 1963 Kəlbəcərin Bəzirxana kəndində anadan olub. 1980-ci ildə Kəlbəcər rayonu Zar kənd orta məktəbini, 1990-cı ildə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini

Kəlbəcər ictimaiyyətinə ağıri itki üz verib. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının direktoru işləmiş Səadət Mədət qızı Əliyeva dünyasını dəyişib. Bu barədə S.Əliyevanın yaxınları məlumat verib. Qeyd edək ki, Səadət Əliyeva Milli Qəhraman Sərdar Səfərovun bacısıdır. Allah rəhmət eləsin!

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: "Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr

Fevralın 6-da və 7-də Xankəndidə 3 silah götürülüb. Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, həmçinin 3 ədəd qumbara, 1 ədəd alışdırıcı, 39 ədəd patron darağı, 1576 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

İşğaldan azad olunan Kəlbəcər rayonunda 31 ildən sonra prezident seçkiləri keçirilir. Dalidag.az Modern.az-a istinadən xəbər verir ki, rayonda 123 saylı Kəlbəcər seçki dairəsinin iki məntəqəsi yaradılıb. Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yerləşən 63 saylı məntəqədə 603, Kəlbəcər Su-Kanal İdarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 seçici qeydiyyatdadır. Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici qeydiyyata salınıb. Seçkilərin

Türkiyə əhalisinin sayı 85 milyon 372 377 nəfərə çatıb. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Statistika İdarəsi yayıb. Məlumata görə, ötən il ölkədə əhalinin sayı 92 824 nəfər artıb. Əhalinin 50,1 faizini kişi, 49,9 faizini isə qadınlar təşkil edir.

"Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib. Dalidag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla Maliyyə Nazirliyinə tapşırılıb ki, tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 5-də YAP Gəncə şəhər təşkilatının 600 nəfərlik qərargahında Kəlbəcərli seçicilərlə növbəti görüş keçirilib. Dalidag.az -ın xəbərinə görə, görüşdə Millət vəkili Aqil Məmmədov, Millət vəkili Pərvin Kərimzadə, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov,
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024