Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. 69 yaşında dünyasını dəyişən general Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşı idi.

7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncə şəhəri Yeni qəsəbə Mədəniyyət sarayının kiçik akt zalında rayon səhiyyə işçiləri ilə görüş keçirib. Dalidag.az xəbər verir ki, görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov və Kəlbəcərli sakinlər iştirak ediblər. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov

Ermənilər Tavuşun "anklav" adlanan kəndlərini (Qazaxın Ermənistanın işğalında olan kəndləri nəzərdə tutulur - red.) tərk edir və oradan miqrasiya sürəti artıb. Bu sözləri "Ermənistan" blokundan olan deputat Qarnik Danielyan erməni mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan bu əraziləri almaq (geri qaytarmaq - red.), hərbiləşdirilmiş istehkamlar yaratmaq və Ermənistanda nəqliyyat kommunikasiyalarına nəzarət etmək istəyir: "Bu, Ermənistanın 1990-cı illərdən istehkam işlərinin

Millət vəkili Aqil Məmmədov YAP Kəlbəcər rayon təşkilatının inzibati binasında Gəncə şəhər və ətraf rayonlarda yaşayan Kəlbəcər rayonundan olan sakinlərlə növbəti qəbul keçirib. Dalidag.az xəbər verir ki, görüş zamanı Millət vəkili, seçicilərin və vətəndaşların problemini diqqətlə dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, səlahiyyətlər daxilində olan məsələlərin həll istiqamətində müvafiq

Ruben Vardanyan üzdə xeyriyyəçi obrazı yaratsa da, 90-cı illərdə qara pullarla varlanan, xüsusən çirkab pulların yuyulmasında mahir olan fırıldaqçı imiş. Dalidag.az xəbər verir ki, bu barədə “AzTV”nin “Həftə” ictimai-siyasi proqramında məlumat verilib.

Bundesver (Almaniya ordusu - red.) Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşır. Dalidag.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb. Qeyd olunur ki, analoji nəticə məxfi sənəddən də üzə çıxır. Nəşrin qeyd etdiyi sənədlərdə yer alan məlumata görə, NATO ilə Rusiya arasında münasibətlərin mümkün kəskinləşməsi bu ilin fevralında baş verə bilər. Bu, Rusiya Prezidenti Vladimir Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə etməli olacağını addım-addım, aybaay təsvir

Xankəndi şəhədində silah-sursatın aşkarlanması istiqamətindən tədbirlər davam edir. Dalidag.az xəbər verir ki, yanvarın 13-də və 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 4 ədəd qumbara, 1 ədəd avtomat silahı, 1 tapança, 2 tüfəng, 1240 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunub. Dalidag.az

Laçında polis əməkdaşları qarlı hava şəraitində xidməti fəaliyyətlərini davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki , bütün zəruri tədbirlər yerinə yetirilir, vətəndaşlarla iş aparılır, yollarda hərəkətin təhlükəsizliyi təmin olunur. Dalidag.az

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən anklavlarla və bitişik bölgələlə bağlı məsələ həllini tapdı. Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalı şəkildə tam aydın diqqətə çatdırıldı: "Xüsusilə də Prezident İlham Əliyev bitişik ərazilərin heç bir danışıq mövzusu olmadığını, anklavların isə müzakirə olunacağını söylədi. Burda da Prezidentin əsas arqumenti o

Qubadlı rayonunda pulemyot və avtomat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Mahmudlu kəndi ərazisində həmçinin müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb. Faktla bağlı araşdırma aparılır. Dalidag.az
Yazı axını