Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 18-də Şəmkir rayonunda vətəndaşları qəbul edib. Komitədən Dalidag.az -a verilən məlumata görə, qəbulda Şəmkir və Gədəbəy rayon sakinləri iştirak ediblər ki, onların da əksəriyyəti

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Böyük Britaniya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin layihələr üzrə rəhbər və işçi qrupu ilə görüş keçirilib. Qurumdan Dalidag.az -a verilən məlumata görə, görüşdə proqram meneceri Elin Karmişel, proqram menecerinin müavini Qvenet Barri, Böyük Britaniyanın Bakıdakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Katerina

Yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumta görə, mərasimdə komitənin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Kəlbəcər seçiciləri qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklər! 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Bərdə rayonu Yeni qəsəbədəki mədəniyyət evində Bərdə rayonunda məskunlaşmış kəlbəcərli seçicilərlə görüş keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə

44 günlük Vətən müharibəsi iştirakçısı Vəliyev Əli vəfat edib. Dalidag.az bildirir ki, o, uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Əli Vəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Yazı axını