İranın Gilan əyalətinin Rəşt şəhərindən olan qadın hüquqları müdafiəçisi Tina Delcu həbsə atılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, o, birillik həbs cəzasını çəkmək üçün saxlanılaraq Rəşt şəhərinin Lakan zindanına köçürülüb. Tina Delcu dövlət quruluşu əleyhinə təbliğat aparmaqda ittiham edilib. Qeyd edək ki, hüquq müdafiəçisi daha öncə sosial mediadakı paylaşımlarına görə həbs olunub, bir müddət sonra isə girov müqabilində sərbəst buraxılıb.

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Dalidag.az xəbər verir ki, bu gün milli lider Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci
Yazı axını