Reklam
Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib - Şəkillər
18-01-2024 18:00
Qurumdan Dalidag.az-a verilən məlumata görə, görüşdə proqram meneceri Elin Karmişel, proqram menecerinin müavini Qvenet Barri, Böyük Britaniyanın Bakıdakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Katerina Kolbi, layihənin Şərq regionu üzrə portfel meneceri Liz Mayklimont, səfirliyin əməkdaşı Nuriyə Quliyeva, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin Şimali Avropa şöbəsinin müdiri Rövşən İsrafilov, Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev, Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev iştirak ediblər. Xarici qonaqlara Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində aparılan işlər, məcburi köçkünlərin doğma yurda geri qayıdışının ilkin nəticələri, həmçinin komitənin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq perspektivləri müzakirə edilib, əvvəlki illərdə məcburi köçkün qadınlar arasında keçirilmiş sorğular və onların nəticələri barədə fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 18-01-2024 18:00
Baxış sayı: 3335Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























