Reklam
Ermənilər Qazaxın 7 kəndini tərk edir
16-01-2024 11:00
Bu sözləri "Ermənistan" blokundan olan deputat Qarnik Danielyan erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan bu əraziləri almaq (geri qaytarmaq - red.), hərbiləşdirilmiş istehkamlar yaratmaq və Ermənistanda nəqliyyat kommunikasiyalarına nəzarət etmək istəyir:
"Bu, Ermənistanın 1990-cı illərdən istehkam işlərinin aparıldığı bütün şimal cəbhəsini məhv edəcək. Eyni zamanda, Azərbaycan Ermənistanın neçə kvadrat kilometr ərazisinin onun nəzarətində olduğunu qeyd etmir. Amma bu da problemi həll etməyəcək, çünki Azərbaycanın almaq istədiyi kəndlər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu kəndlərə maneəsiz çıxışının təmin edilməsi Ermənistanı anklava çevirəcək. Bu, Bakının son məqsədidir və bu planın həyata keçirilməsi Qarabağdan başlayıb. Məqsəd Ermənistanı bir dövlət kimi ləğv etməkdir".
O bildirib ki, İlham Əliyev öz maksimalist münasibətini ortaya qoyib:
"Danışıqlar masasında Tavuş bölgəsindəki kəndlər, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların Ermənistana köçürülməsi, təzminat ödənilməsi məsələləri var. Biz bütün bu təhlükələrlə bağlı xəbərdarlıq etdik və bildirdik ki, Azərbaycan bununla da dayanmayacaq".
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 16-01-2024 11:00
Baxış sayı: 4162Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























