Sabah Ali Məhkəmədə Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin kassasiya şikayəti üzrə məhkəmə iclası başlayır. Dalidag.az -ın pravda.az-a istinadən məlumatına görə, iclas mayın 16-sı saat 10:30-da keçiriləcək. Şikayət hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə M.Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin,

Mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu gün Türkiyədə Prezident və 28-ci çağırış Parlament seçkiləri keçirilir. Dalidag.az -ın verdiyi xəbərə görə, 60 milyon 697 min 845 seçici 191 min 910 seçki qutusunda səs verəcək.

Kəlbəcər ictimaiyyətinə daha bir ağır itki üz verdi, daha bir müəllim ömrü yarımçıq qaldı. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon 20 nömrəli tam orta məktəbin direktoru Şəfi Murtuzayev vəfat edib. Qeyd edək ki, Şəfi Həsən oğlu Murtuzayev YAP Kəlbəcər rayon təşkilatının fəal üzvlərindən olub. İxtisasca riyaziyyatçı olan Ş.Murtuzayev həm müəllim, həm direktor kimi fəaliyyəti ilə rayon ictimaiyyətinin rəğbətini qazanıb. Bununla yanaşı, o rayonun ictimai-siyasi həyatında yaxından iştirak edib.

Ermənistanla şərti sərhədin Basarkeçər rayonu ərazisində, Zod qızıl yatağı yaxınlığında baş verən təxribatın səbəbkarları ilə bağlı müzakirələrin getdiyi vaxt erməni mediasında diqqətçəkən müsahibə yayılıb. Dalidag.az xəbər verir ki, müsahibəni “Qara Pantera” adlı qeyri-hökumət təşkilatının sədri, “azadlıq döyüşçüsü” kimi təqdim edilən Serop Qasparyan verib. Qasparyan “Hraparak”a verdiyi geniş müsahibəsində hakimiyyət əleyhinə çoxsaylı ittihamlar səsləndirib, ermənilərin “döyüşçü xalq” olması

Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib. Uzun illər Kəlbəcərdə müəllim işləmiş, professor Yusif Əhmədovun həyat yoldaşı Mariya Əhmədova dünyasını dəyişib. Dalidag.az bildirir ki, bu barədə şair Yusif Hüseyn məlumat verib: "Bu gün də ağrılı - acılı bir xəbər eşitdim səhər - səhər. Orta məktəbdə bizə rus dili fənnini tədris edən Mariya Əhmədova Kəlbəcər deyə - deyə haqq dünyasına qovuşdu. Onu da xatırladım ki, Mariya Əhmədova hər birimizin əzizi və doğması olan professor Yusif Əhmədovun ömür -

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilib və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib. Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Mingəçevir şəhəri, Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti

Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb. Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədib ilk dram əsəri olan “Ana” pyesini 1910-cu ildə
Yazı axını
 
 
 
29 / 04 / 2024