Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyindən mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Kəngərli, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və

Yanvarın 30-da Beynəlxalq Muğam Mərkəzində “Muğam. Nəsillərdən nəsillərə” adlı yeni layihənin təqdimatı olacaq. Dalidag.az -ın məluatına görə gecədə Əməkdar artist Firuz Səxavət, Əməkdar incəsənət xadimi aşıq Ədalət Dəlidağlı ilə eyni səhnəni gənc xanəndə Malik Həsənov bölüşəcək. Layihə gənc ifaçılara dəstək məqsədi daşıyır. Gələcəkdə layihə təkcə solo deyil ifaçılıq sənətinin müxtəlif sahələrini əhatə edərək bir-birindən maraqlı buraxılışlarla musiqisevərlərin görüşünə gələcək. Dalidag.az

Türkiyənin “TRT World” kanalı tərəfindən hazırlanan “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) sənədli filmi Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda nümayiş etdirilib. Konsulluqdan verilən məlumata görə, film Los-Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq Qısametrajlı Film Festivalında “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb. Baş Konsulluğun təşkilatçılığı ilə keçirilən tədbirdə sənədli filmin ssenari

Artıq 10 gündür ki, bu il fevral ayının 9-da keçiriləcək növbədənkənar deputat seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb. Bu müddət ərzində ayrı-ayrı dairələrdə rəqib namizədlər arasında üzləşmələr, əks tərəfə qarayaxma və sağlam olmayan rəqabət halları baş verib. Dalidag.az xəbər verir ki, 123 saylı Kəlbəcər Seçki Dairəsindən müstəqil namizəd, tanınmış vəkil Əziz Qənbərov da belə neqativ hallarla üzləşib. Əleyhdarlarının onun haqqında yalan-yalnış

Yanvarın 26-da saat 11 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev 78 ünvanında yerləşən köhnə poliklinika binasının ikinci mərtəbəsində yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən dərhal söndürülüb. Yanğın baş verdikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin müdiri və komitənin yerli nümayəndəliyi və Dövlət

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə fevralın 3-də “Baku Book Center”də Gənclər Gününə həsr olunmuş gənc rəssamların “Axın” adlı qrup sərgisi açılacaq. Dalidag.az xəbər verir ki, şərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etmək məqsədi ilə təşkil olunacaq. Sərgidə 30-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunacaq. Tədbirin sonunda

Əsgəran rayonunun Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 28 il ötür. Dalidag.az bildirir ki, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni

Xudavəng monastır kompleksi-ermənilər onu da özününküləşdirir... Kəlbəcərdə yerləşən və emənilərin tarixini saxtalaşdıraraq erməni kilsəsi kimi qələmə verdikləri Xudavəng monastır kompleksi əslində qədim alban məbədidir.Farscadan tərcümədə "təpədə yerləşən" anlamına gələn Xudavəng monastır kompleksi— Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində Vəng kəndi ərazisində yerləşir. VI-VII

Məlum olduğu kimi yanvar ayının 17- dən seçki qanunvericiliyinə əsasən bu il fevral ayının 9-da keçiriləcək növbədənkənar deputat seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Kampaniya çərçivəsində namizədlər seçiciləri ilə əyani görüşlər təşkil edir, platformalarını açıqlayır, sakinlərin qayğı və problemləri ilə maraqlanır, təklif və fikirlərini dinləyirlər. Bəzi namizədlər sosial şəbəkələr üzərindən də seçiciləri ilə ünsiyyət yaradır, fikir

Yerə doğru 440 metrdən 990 metrədək diametri olan potensial təhlükəli asteroid uçur. ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) verdiyi məlumata əsasən, 163373 nömrəli səma cisminin bizim planetimizin yaxınlığından 2020-ci ilin fevralında keçəcəyi gözlənilir. Bildirilir ki, asteroid Yerə fevralın 15-də maksimum yaxınlaşacaq. Bu asteroid 1995-ci ilin oktyabrında aşkar edilib. O, Yerin orbitindən keçən potensial təhlükəli səma cisimləri - “Apollonlar” qrupuna daxildir. Növbəti
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024